“Həkimlərimizi tanıyın!” rubrikamızda şəfalı əlləri ilə minlərlə insanı sağlamlığına qovuşduran, onlara sağlam ürək bəxş edən Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyevi təqdim edirik.
Azmedinfo.az xəbər verir ki, Dr. Elməddin Əliyev Mərkəzi Gömrük Hospitalının Ürək Damar Cərrahiyyəsi şöbəsində aort cərrahiyyəsini, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsini, Aorto koronar şuntlama əməliyyatını, intaortik balon pompasının tətbiqini və ürək-damar xəstəliklərinin cərrahiyyəsini uğurla həyata keçirir.
Elməddin həkim 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2013-cü illərdə Türkiyənin Ege Universitetinin Ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, eyni zamanda, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə SCOTT & WHITE Hospitalında kardiotorakal cərrahiyyə kursu keçmişdir. Əmək fəaliyyətinə 2013-cü ildə Türkiyədə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi başlamışdır. O, 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı kimi fəaliyyət göstərir.
Dr.Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan həkimdir. O, 2012-ci ildə Türkiyədə keçirilən Ürək və Damar cərrahiyyəsi dərnəyinin XII beynəlxalq konqresində, 2013-cü ildə Türkiyədə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin ekstrakorporal qan dövranı dəstəyi mövzusunda ixtisasartırma kursunda və Azərbaycanda və ölkə xaricində öz sahəsi üzrə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak edib. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin və Türk Ürək-Damar Cəmiyyətinin üzvüdür.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elmeddin-aliyev/
Dr. Elməddin Əliyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654