Azərbaycanın ilk milli pediatrik internet portalı “Pediatriya.az” artıq 8 illik inkişaf yolunu uğurla geridə qoyub. Portalın yaradılmasında əsas məqsəd uşaqların sağlamlığı ilə bağlı ailələrə dəqiq, düzgün və maarifləndirici tibbi məlumatların təqdim olunması, müasir tibbi biliklərin sadə və anlaşıqlı dildə geniş ictimaiyyətə çatdırılmasıdır.
Azmedinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında portalın təsisçisi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim-neonatoloq Nərmin Əzizova deyib.
O qeyd edib ki, platformanın missiyası 8 ildir dəyişməz qalıb və əsas məqsəd valideynlərə etibarlı tibbi biliklərin çatdırılmasıdır: “Bu illər ərzində məqsədimiz valideynlərə, səhiyyə işçilərinə dəqiq və elmi əsaslı məlumatlar təqdim etmək, yanlış məlumatların qarşısını almağa dəstək olmaqdır. Hazırda isə portalın sosial şəbəkələrdə on minlərlə izləyicisi var. Fəaliyyət göstərdiyi illər ərzində 100-dən çox elmi-publisistik məqalə və 5 mindən artıq maarifləndirici material geniş auditoriyaya təqdim edilib”, - deyə həkim-neonatoloq vurğulayıb.
N.Əzizova tibbi maarifləndirmənin hər kəs üçün vacib olduğuna diqqət çəkib: “Ölkədə ana və uşaq sağlamlığına yönəlmiş dövlət siyasəti bu sahədə maarifləndirici təşəbbüslərin genişlənməsinə mühüm dəstək verir. Doğru tibbi biliklərin cəmiyyətə çatdırılması yalnız peşəkar məsuliyyət deyil, həm də sosial öhdəlikdir. Tibbin digər sahələrində də maarifləndirici fəaliyyətin genişlənməsi cəmiyyət üçün böyük fayda gətirə bilər və bu prosesə müxtəlif ixtisaslı həkimlərin qoşulması arzuolunandır. Həkimlərin sosial şəbəkələrdə və ictimai müstəvilərdə paylaşdıqları məlumatlar cəmiyyətin sağlamlıq savadına birbaşa təsir göstərir. Peşəkarların tibbi bilikləri maarifləndirici formada paylaşması həm cəmiyyət üçün faydalı olur, həm də həkimlərə etimadı gücləndirir”.
O, valideynlərə tövsiyə edərək bildirib ki, uşaqların sağlamlığının qorunmasında vaxtında peyvəndlənmə və profilaktik tibbi müayinələr mühüm rol oynayır. “Etibarlı tibbi mənbələrə istinad edilməsi, peyvənd qrafikinin izlənilməsi və uşaqların vaxtında tibbi müayinələrə cəlb olunması sağlam nəslin formalaşmasında önəmli amillərdir”, - deyə N.Əzizova əlavə edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654