Beyin ölümünün təsdiqlənmə prosesi çox ciddi, mərhələli və şəffaf tibbi qaydalara əsaslanır.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına əsasən xəbər verir ki, ilk növbədə xəstədə dərin koma və beyin fəaliyyətinin dayanmasına dair klinik şübhələr yaranmalı, kəllə-beyin travması və ya qanama kimi səbəblər dəqiq bilinməlidir.
Daha sonra həkimlər beyin ölümünü təqlid edə bilən dərman təsiri, bədən temperaturunun aşağı olması və ağır zəhərlənmə kimi geri dönə bilən halları istisna edirlər. Bunun ardınca aparılan klinik nevroloji müayinə zamanı ağrıya reaksiya, göz bəbəklərinin işığa cavabı və beyin kötüyü reflekslərinin tam itməsi yoxlanılır. Növbəti mərhələdə apnoe testi icra edilir və süni tənəffüs kəsildikdə xəstənin öz-özünə nəfəs almadığı təsdiqlənir. Ehtiyac yarandıqda beyin elektrik aktivliyini və qan dövranını yoxlayan EEG və Doppler kimi köməkçi instrumental müayinələr aparılır.
Bütün bu nəticələr reanimatoloq, nevropatoloq və ya neyrocərrahdan ibarət həkim komissiyası tərəfindən qiymətləndirilir və ölüm rəsmi şəkildə təsdiqlənir. Sonda etik və hüquqi mərhələyə uyğun olaraq ailəyə məlumat verilir və yalnız onların razılığı ilə orqan donorluğu məsələsi müzakirə edilir.
Unutmaq olmaz ki, beyin ölümü sadəcə ağır koma deyil, geri dönməz bioloji ölümdür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654