Gözdə problem yaradan düyünlər – Xalazion nədir? - Oftalmoloqlar izah etdi
06 Yanvar 2026
946
Xalazion göz qapağındakı piy vəzilərinin tutulması nəticəsində yaranan düyündür. Bu xəstəlik müxtəlif səbəblərdən meydana gələ bilir.
Azmedinfo.az TƏBİB-əistinadən yazır ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-oftalmoloqu Aytəkin İbrahimxəlilovanın sözlərinə görə, xalazion çox zaman digər oftalmoloji xəstəliklərlə qarışdırılır, lakin xalazion daha uzunmüddətli gedişata malikdir: “Bir sıra göz xəstəliklərindən sonra soyuqdəymə, immunitetin kəskin zəifləməsi, hormonal pozulmalar, allergik reaksiyalar, yağlı dəri tipi və göz qapağı gigiyenasına laqeyd yanaşma xalazionun əmələ gəlməsinə şərait yaradır.
Xəstəlik, adətən, göz qapağında diskomfort, qaşınma və zəif ağrı ilə başlayır. Bir neçə gündən sonra göz qapaqlarında şişkinlik əmələ gəlir və təxminən bir həftə ərzində yaranmış düyünün aktiv böyüməsi müşahidə olunur. Xalazion çox vaxt bir-iki həftə ərzində böyüyür, daha sonra ya sabit qalır, ya da tədricən kiçilə bilir. Kiçik xalazionlar 2-8 həftə ərzində tamamilə sovrula bilər. Bəzi hallarda isə aylarla qala bilər”.
Müalicəsinə gəlincə, Quba Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Bəşirova bildirir ki, müalicə məqsədilə öncə konservativ müalicə (antibakterial damcılar, kortikosteroid tərkibli antibakteriyal mazlar) tətbiq olunur. Konservativ müalicə effektiv olmazsa, nazik iynə vasitəsi ilə xalazionun içinə xüsusi iltihab əleyhinə dərman vurulmaqla xalazionun tədricən sovrulması aparılır. İnyeksiya kifayət etmədikdə cərrahi müdaxilə əsasında xalazion aradan qaldırılır”.
A.İbrahimxəlilova sözlərinə görə, xalazion ciddi təhlükə yaratmasa da, uzunmüddətli narahatlığa səbəb olur:“Erkən mərhələdə həkimə müraciət etmək, həmçinin gigiyena qaydalarına əməl etmək həm müalicədə, həm də profilaktikada mühüm rol oynayır.
Xəstəlik daha çox 20–50 yaş arasındakı şəxslərdə, eyni zamanda kiçik yaşlı uşaqlarda da müşahidə olunur. Xüsusən gözünü tez-tez ovuşduran, allergiyası və ya blefariti olan azyaşlılarda rast gəlinir”.
K.Bəşirova isə deyir ki, ușaqlarda qurd xəstəlikləri, qanazlığı, badamcıqların iltihabı, immun sisteminin zəifləməsi xalazionu yaradan səbəblərdəndir. Böyüklərdə şəkərli diabet, dəri xəstəlikləri, avitaminoz, kosmetik vasitələrin düzgün istifadə edilməməsi xalazionun əmələ gəlməsinə səbəb olur”.
Mütəxəssislər qeyd edir ki, xalazionun əmələ gəlməməsi üçün göz qapaqlarının gigiyenasına diqqət etmək, gözləri ovuşdurmamaq, düzgün qidalanmaq, xroniki blefarit və allergiyanı vaxtında müalicə etmək vacibdir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654