Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
13 Mart 2026, Cümə, 14:01
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanda orqan bağışlayanların sayında rekord artım
07 Yanvar 2026
160
Azərbaycanda orqan bağışlayanların sayında rekord artım

Azərbaycanda cəmiyyətin donorluğa münasibəti müsbət istiqamətdə dəyişir. Ötən il ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında kəskin artım qeydə alınıb.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

 

O da qeyd edilib ki, 2025-ci ildə sümük iliyi transplantasiyasına ehtiyacı olan şəxslərin sayı təqribən 550 nəfərə yaxın olub: "Sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslər arasında daha çox talassemiyalı xəstələri üstünlük təşkil edir. Talassemiya xronik qan xəstəliyi olduğundan bu resipiyentlər uyğun donor tapılana qədər müəyyən müddət gözləyə bilirlər. Lakin, qanın digər onkoloji xəstəlikləri də mövcuddur ki, xüsusilə kəskin limfoblastik leykemiya (ALL) və kəskin mieloblast leykoz (AML) kimi xəstəliklərin sürətlə irəliləməsi resipiyentlər üçün həyati təhlükə yaradır”.

Ən çox oxunanlar