Son günlər Azərbaycanda qripəbənzər simptomlarla xəstələnənlərin sayında kəskin artım müşahidə olunur. İnsanlar yüksək hərarət, şiddətli halsızlıq, uzunmüddətli öskürək və bədən ağrılarından şikayət edirlər. Bir çoxları xəstəliyin gedişatının adi mövsümi qripdən fərqləndiyini və uzunmüddətli fəsadlarla müşayiət olunduğunu bildirirlər.
Azmedinfo.az xəbər verir ki, cəmiyyətdə bu vəziyyətin yeni bir xəstəlik və ya növbəti pandemiya olması ilə bağlı narahatlıqlar yaransa da, həkimlər tələsik nəticə çıxarmamağa çağırırlar. Mütəxəssislərin sözlərinə görə, hazırda ölkədə metapnevmovirus aktiv şəkildə yayılır. Bu xəstəlik əvvəlcə uşaqlar arasında geniş qeydə alınır, daha sonra isə böyüklərdə, bir çox hallarda daha ağır formada təzahür edir. Əsas simptomlara yüksək qızdırma, boğaz ağrısı, öskürək, burun axması, baş və əzələ ağrıları, həmçinin kəskin zəiflik daxildir. Bəzi hallarda infeksiya aşağı tənffüs yollarına da təsir göstərir.
Həkimlər vurğulayırlar ki, metapnevmovirus yeni bir virus deyil, lakin yüksək virus yükü və əhalinin bir hissəsinin immunitetinin zəifləməsi səbəbindən xəstəlik daha ağır görünə bilər. Mütəxəssislər qeyd edirlər ki, mövcud qrip əleyhinə vaksinlər immun sistemini dəstəkləməyə kömək edir və xəstəliyin ağır formalarının riskini azaldır.
Profilaktika məqsədilə həkimlər təmiz havada daha çox olmağı, fiziki aktivliyi, yuxu rejiminə riayət etməyi, düzgün qidalanmağı və immuniteti gücləndirməyi tövsiyə edirlər. Qapalı məkanlarda tibbi maska taxmaq, məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək məsləhətdir.
Xatırladaq ki, respirator infeksiyalar və qrip dünyada ölüm səbəbləri arasında hələ də 8-ci yerdədir. Fəsadlar ən çox immuniteti zəif olanlarda, təkrar xəstələnənlərdə və 65 yaşdan yuxarı şəxslərdə yaranır. Tibbi mütəxəssislər xəbərdarlıq edirlər: profilaktik tədbirlərə etinasızlıq və simptomlara məhəl qoymamaq fəsad riskini artırır. Vəziyyət pisləşdikdə vaxtında tibbi yardım almaq lazımdır, özünümüalicə ilə məşğul olmaq təhlükəlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654