Respirator virus infeksiyaları uşaqlara necə təsir edir?
27 Yanvar 2026
564
Fəsil dəyişkənliyi böyüklərlə yanaşı, uşaqların səhhətinə də təsirsiz ötüşmür. Uşaqlarda mövsümi xarakter daşıyan respirator xəstəliklər əsasən fəsil dəyişən müddətdə, havanın soyuq keçdiyi dövrlərdə müşahidə olunur.
Azmedinfo.az xəbər verir ki, Tibb məsləhətləri bu dəfə bölgə xəstəxanalarında çalışan həkim-mütəxəssislər verirlər. Onlar hesab edir ki, uşaq kollektivlərində uşaqlar bir-biri ilə sıx təmasda olduğu üçün xəstəliyin ilkin əlamətləri çox zaman gözardı edilir:
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülov: “Yoluxma halında artım da çox zaman bu formada yayılır. Nadir hallarda kontakt yolu ilə başlayır. Uşaqlarda, xüsusilə körpələrdə və məktəbəqədər yaşda immun sistemi tam formalaşmadığı üçün uşaqlar viruslara daha tez yoluxurlar. Respirator virusun yaranma metodu, əsasən, hava-damcı yolu, çirkli əllər və əşyalar vasitəsilə uşağın burun, ağız və ya gözündə yerləşən selikli qişaya düşür, nəticədə virus burada çoxalır. Bu proses nəticəsində selikli qişada şişkinlik və qızartı yaranır, burun axıntısı, öskürək, boğaz ağrısı müşahidə olunur. İmmun sistem virusla mübarizə aparır, bu zaman qızdırma və halsızlıq yaranır”.
Soyuq, quru hava virusların daha uzun müddət havada qalmasına və yayılmasına şərait yaratdığını deyən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Lamiyə Qədirovanın sözlərinə görə, uşaqları həddən artıq qalın geyindirmək də tərləməyə səbəb olur və tərli halda bədən tez soyuyur, immun sisteminin müdafiəsi zəifləyir: “Uşağı uzun müddət evdə saxlamaq qapalı məkanda təmiz havanın azalmasına və virus konsentrasiyasının artmasına, immun sisteminin tənbəlləşməsinə səbəb olur. Təmiz hava isə ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır, virusların artmasının və yayılmasının qarşısını alır, uşağın iştahasını və yuxusunu yaxşılaşdırır”.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülovun sözlərinə görə, uşaqlarda infeksion və respirator xəstəliklər ən çox rast gəlinən sağlamlıq problemlərindəndir: “Xüsusilə payız-qış mövsümündə virus infeksiyalarının artması uşaqların immun sisteminə əlavə yük yaradır. Bu xəstəliklərin qarşısının alınmasında əsas məqsəd infeksiyaya yoluxma riskini azaltmaq, uşağın immun-müdafiə mexanizmlərini gücləndirməkdir. Uşaqların infeksion xəstəliklərdən qorunmasında gigiyenik qaydalara riayət olunması mühüm rol oynayır”.
Ümumiyyətlə, uşaqların mövsümə uyğun geyindirilməsi, üşütməyə və ya tərləməyə yol verilməməsi də profilaktik baxımdan əhəmiyyətlidir. Gigiyena qaydalarına riayət, peyvəndləmə, düzgün qidalanma, kifayət qədər yuxu və sağlam psixoemosional mühit immun sisteminin möhkəmlənməsində əsas amillərdir.
Mütəxəssislərin sözlərinə görə, müalicə simptomatik və antiviraldır. İlk olaraq, istirahət, bol maye qəbulu, qızdırmasalıcı dərman vasitələri istifadə edilməlidir. Əlavə olaraq isə həkim təyinatı əsasında vitaminlərlərdən istifadə edilə bilər. Əgər ağırlaşmalar müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət edilməli, ehtiyac yaranarsa, infuzion və antibakterial terapiya aparılmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654