Burun və boğazdakı badamcıqlar hansı halda kəsilməlidir?
27 Yanvar 2026
704
Əsasən, damaq və udlaq badamcıqları bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Badamcıqların üçüncü dərəcəli böyüməsi zamanı isə cərrahi əməliyyata ehtiyac duyulur.
Azmedinfo.az xəbər verir ki, çox zaman valideynlər övladlarının burun və boğazlarındakı “artıq ətləri” kəsdirir və bununla da uşaqlarını gələcək xəstəliklərdən qoruduqlarını düşünürlər. Lakin badamcıqlar orqanizmdə çox böyük rola malikdir və immun sisteminin formalaşmasında xüsusi əhəmiyyət daşıyır.
İnsan orqanizmində bir cüt damaq, bir cüt boru, bir udlaq, bir dil badamcığı olmaqla, 6 badamcıq var. Orqanizmə hava-damcı yolu ilə daxil olan mikroorqanizmlərin 70%-i badamcıqlar tərəfindən zərərsizləşdirilir. Bundan başqa badamcıqlar bioloji maddələr sintez edir ki, bu maddələr qanyaranmada iştirak edən hüceyrələrin formalaşmasında iştirak edir.
Bakı Baş Səhiyyə Mərkəzinin 9 nömrəli Uşaq Poliklinikasının həkim-otorinolorinqoloqu Zemfira Hümbətovanın sözlərinə görə, onlar düzgün müalicə olunmayanda daha ciddi fəsadlar yaranır: “Damaq badamcıqları xəstəlikləri el arasında “angina” adlanır ki, bu da badamcıqların iltihabi xəstəliyidir. Ümumilikdə isə xəstəliklər immun sisteminin zəifləməsi ilə yaranır. Hər hansı xəstəliyin düzgün getməyən və ya natamam aparılan müalicəsi nəticəsində badamcıqlar böyüyərək orqanizmə zərər vurmağa başlayır. Damaq badamcıqlarının ölçü cəhətdən 1 və 2-ci dərəcəli böyüməsi isə əməliyyata göstərişə əsas vermir”.
Həkim-otorinolorinqoloq bildirir ki, udlaq badamcığının bir və ikinci dərəcəli böyüməsində də əməliyyata ehtiyac olmur, lakin ikinci dərəcə böyümə burunda problem yaradırsa, əməliyyat haqqında düşünmək olar: “Udlaq damaqcığının üçüncü dərəcəli böyüməsi zamanı da əməliyyata ehtiyac yaranır. Damaq badamcıqlarının xəstəlikləri xroniki tonzilit adlanır. Bu isə müalicə ilə aradan qalxan prosesdir. Bu zaman fizioterapevtik üsullarla profilaktiki müalicə aparılır. Yaz və payız fəslində aparılan profilaktiki müalicə əksər hallarda effektiv olur. Əgər müalicə ilə irəliləyiş əldə edilməzsə, cərrahi əməliyyatla problem aradan qaldırıla bilər. Əksər vətəndaşlarda belə fikir formalaşıb ki, əgər badamcıqlar böyüyübsə, mütləq əməliyyat edilməlidir. Lakin unutmaq olmaz ki, badamcıqlar orqanizmdə çox böyük rola malikdir və mümkün qədər badamcıqlar saxlanılmalı, xəstəlik aşkarlandığı halda müalicə edilməlidir”.
Z.Hümbətovanın sözlərinə görə, badamcıqlar ürək və böyrək problemləri yaradarsa, bu zaman əməliyyata ehtiyac olur. Həkim mütəxəssis cərrahi əməliyyat zamanı diqqət edilməli məqamları da qeyd edib: “Əsasən, badamcıq əməliyyatı üçün 4 yaş nəzərdə tutulub, amma istisna hallarda yaş həddi gözlənilməyə bilər. Badamcıqlarda xəstəliyin yaranmasının qarşısı alınmalıdır. İlk növbədə mütləq gigiyenik tədbirlər görülməlidir. Ağız və burun daim təmiz saxlanılmalı, dişlər vaxtında təmizlənməli və müayinə edilməlidir. Əgər dişdə və ya diş ətində xəstəlik əmələ gəlibsə, bu, dərhal müalicə edilməlidir”.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654