Əgər insanın ayaqları daim soyuqdursa, bu, orqanizmdəki gizli pozuntulardan, o cümlədən qalxanvari vəzi və təşviş pozuntularından xəbər verə bilər.
Azmedinfo.az "El Economista" nəşrinə istinadən yazır ki, podoloq Manu Vidalın sözlərinə görə, çox vaxt ayaq pəncələrinin soyumasının əsas səbəbi həyat tərzi ilə bağlıdır. Xüsusilə siqaret çəkmək, spirtli içki qəbulu, dar ayaqqabı və corab geyinmək, həmçinin aşağı fiziki aktivlik buna zəmin yaradır. Bu simptomlar qan dövranının pisləşdiyini göstərir və ətraflara optimal qan axınının qarşısını alır.
Lakin Vidal vurğulayır ki, bu vəziyyət daha ciddi problemlərin də göstəricisi ola bilər. Belə ki, ayaqların daim soyuq olması tez-tez qalxanvari vəzinin fəaliyyətindəki pozuntularla əlaqəli olur. Bu vəzin funksiyası aşağı düşdükdə maddələr mübadiləsi ləngiyir, nəticədə istilik tənzimlənməsi pisləşir və ətraflar daim donmağa başlayır.
Digər mühüm faktor isə insanın psixoemosional vəziyyətidir. Təşviş və xroniki stres damarlarda spazm yaradaraq ayaqların qan təchizatını pisləşdirir, bu isə hətta isti mühitdə belə soyuqluq hissinin yaranmasına səbəb olur. Bundan əlavə, soyuq ayaqlar hipertoniya, yüksək xolesterin və ateroskleroz kimi ürək-damar xəstəliklərinin təzahürü kimi də meydana çıxa bilər. Belə hallarda bütün bu simptomlar birbaşa qan axınının pozulması ilə bağlı olur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654