Yanıqlar – yüksək temperatur (termiki), kimyəvi, elektrik cərəyanı, radiasiya təsirindən dəri və daha dərin toxumalarının zədələnməsidir. Termiki yanıqlar qaynar maye, buxar, alov və bərk isti səthlərlə təmas, kimyəvi yanıqlar turşular və qələvilərin təsiri, elektrik yanıqları yüksək və ya aşağı gərginlikli cərəyanın bədənə keçməsi nəticəsində yaranır. Radiasion yanıqların yaranma səbəbi isə günəşin ultrabənövşəyi (UV) şüaları, tibbi prosedurlardan və ətraf mühit mənbələrindən ionlaşdırıcı şüalanmanın təsiri ilə bağlıdır.
Azmedinfo.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin məlumatına istinadən xəbər verir ki, yanıqların müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. İlkin tibbi yardım, həkim müayinəsi, müvafiq laborator testlər, ehtiyac olduqda stasionar terapevtik yatış icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına qarşılanır.
Yüngül yanıqlar poliklinika və ya xəstəxanalarda yanıq şöbəsində, orta dərəcəli yanıqlar müşayiət olunan əlavə xəstəliklər olmadıqda və ya digər xəsarətlər xəstənin ümumi vəziyyətini çətinləşdirmədikdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yanıq şöbələrində, ağır dərəcəli yanıqlar vətəndaşın çatdırıldığı tibb müəssisəsində ilkin reanimasiyadan sonra Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində həyata keçirilir.
Yanıqların müayinə prosesi zamanı zədənin dərinliyi və sahəsi qiymətləndirilir və müxtəlif üsullarla bədənin neçə faizinin yandığı təyin edilərək müalicə tədbirləri həyata keçirilir.
Yüngül yanıqların müalicəsi soyutma, antiseptik və yanıq əleyhinə məlhəmlərin tətbiqi, ağrıkəsici vasitələr və bol maye qəbulu ilə aparılır. Ağır yanıqlarda isə stasionar şəraitdə maye və elektrolit balansının bərpası, antibiotiklərin təyini, nekrotik (məhv olmuş) toxumaların cərrahi təmizlənməsi, dərialtı toxumaların transplantasiyası və uzunmüddətli reabilitasiya tələb olunur. Ən yüksək ölüm halları və kontrakturalar (hərəkət məhdudiyyəti) orta-ağır və ağır yanıqlarla əlaqəlidir. Yanıq yaralarından sonrakı kontrakturaların rekonstruktiv cərrahiyyəsi, fizioterapiya müalicəsi, dəri köçürülməsi icbari tibbi sığorta hesabına icra edilir.
Düzgün müalicə olunmayan yanıqlar infeksiyalaşma, şok, orqan çatışmazlığı, çapıq və dəri deformasiyaları, həmçinin psixoloji travmalara səbəb ola bilər.
Yanıq zamanı ilkin yardımın təxirəsalınmadan göstərilməsi həyati əhəmiyyət daşıyır. Yanıq mənbəyini aradan qaldırmaq, dərhal yanmış nahiyəni 10–15 dəqiqə boyunca soyuq su ilə yumaqla soyutmaq (buz tətbiq etmədən), qabarcıqları partlatmamaq və təmiz, steril sarğı tətbiq etmək əsas tədbirlərdir.
Yanıqların qarşısını almaq üçün qaynar mayeləri uşaqlardan uzaq saxlamaq, mətbəx və iş yerlərində təhlükəsizlik tədbirlərinə əməl etmək, elektrik cihazlarını nəm əllə istifadə etməmək, günəşdən qorunmaq və kimyəvi maddələrlə təhlükəsiz davranmaq əsas profilaktik tədbirlərdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654