Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova İctimai TV-nin "Xəbərimiz var" proqramının qonağı olub. Həkim son vaxtlar gənclər arasında ürək problemlərinin kəskin artması ilə bağlı ciddi xəbərdarlıq edib. Ekspert bildirib ki, enerji içkilərindən hədsiz istifadə gənclərin təcili yardıma müraciət etmə tezliyini artırıb.
Azmedinfo.az xəbər verir ki, kardioloqun sözlərinə görə, bu içkilərin yaratdığı süni enerji hissi ürək əzələsində ciddi kardiomiopatiya və distrofiya kimi ağır fəsadlara yol açır. Gülnaz Dadaşovanın sözlərinə görə, ürəyin "motoru" bir dəfə sıradan çıxdıqdan sonra geriyə tək yol kimi yalnız ürək köçürülməsi qalır.
Həkim uşaq yaşlarında belə damar tutulmalarına rast gəlindiyini vurğulayaraq, yeni və mühüm risk faktoru olan LPA (Lipoprotein a) amilinə diqqət çəkib. O, hər bir gəncin həyatında ən azı bir dəfə bu faktoru yoxlatmasının zəruri olduğunu qeyd edib. Bu analiz gələcəkdə yarana biləcək qəfil ürək-damar fəsadlarının qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir.
Mənfi meyillərlə yanaşı, professor Gülnaz Dadaşova ölkə səhiyyəsinin bu sahədəki uğurlarını da yüksək qiymətləndirib. Hazırda Azərbaycanda icra oluna bilməyən heç bir kardioloji əməliyyatın qalmadığını vurğulayan ekspert, xüsusilə ən keyfiyyətli stentlərin qoyulması və balonoplastika, mitral və aorta qüsurlarının invaziv yolla (kəsiksiz) təmiri və dəyişdirilməsi kimi xidmətlərin yüksək səviyyədə həyata keçirildiyini bildirib.
Ekspert Azərbaycan səhiyyəsinin ən böyük nailiyyətlərindən biri olan ürək transplantasiyası əməliyyatlarının uğurlu icra edildiyini də deyib.
Professor Gülnaz Dadaşova yekunda qeyd edib ki, texnoloji imkanların genişliyinə baxmayaraq, əsas hədəf maariflənmə yolu ilə xəstəliklərin qarşısını öncədən almaq olmalıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654