Diş sağlamlığına diqqət, sağlam orqanizmin ayrılmaz hissəsidir. Lakin təəssüf ki, hələ də bir çox insan diş ağrısı özünü göstərməyincə stomatoloqa müraciət etmir. Halbuki, müasir stomatologiya bu gün o qədər inkişaf edib ki, həm önləyici, həm də müalicəvi proseduralar vasitəsilə pasiyentlər ağrısız, effektiv və estetik nəticələr əldə edə bilirlər.
Məhz bu istiqamətdə böyük peşəkarlığı, yenilikçi yanaşması və beynəlxalq təcrübəsi ilə seçilən Şirvan şəhərindəki “Dental MM” Klinikasının baş həkimi, stomatoloq Mahir Mahirzadə həm çalışdığı şəhərdə, həm də ətraf regionda etibarlı diş həkimi kimi tanınır. Bəlkə də elə buna görədir ki, pasiyentlər uzaq yol qət edərək paytaxtdan və qonşu rayonlardan Şirvana üz tuturlar. Onun rəhbərlik etdiyi “Dental MM” klinikası bu gün təkcə Şirvan sakinlərinin deyil, respublikanın müxtəlif bölgələrindən gələn pasiyentlərin güvən yerinə çevrilib.
Mahir həkim mütəmadi olaraq xarici ölkələrdə keçirilən konfrans və təlimlərdə iştirak edir, müasir stomatologiyanın trendlərini yerli praktikaya gətirməklə pasiyentlərinə yeni standartlarına uyğun xidmət göstərir.
Müsahibimizlə diş sağlamlığı ilə bağlı geniş yayılmış yanlış vərdişlər, implant və protez seçimində müasir yanaşmalar, həmçinin sağlam və estetik təbəssümə sahib olmağın sirrləri barədə söhbət etdik.

- Şirvan və ətraf region sakinlərinin diş sağlamlığı ilə bağlı ən böyük səhvi nədir? "Diş ağrımayıncaya qədər həkimə getməmək" adəti hələ də qalıbmı?
- Bilirsiniz, bizdə çox vaxt diş sağlamlığına ehtiyac kimi deyil, bir məcburiyyət kimi baxırlar. Ən böyük yanlışımız dişimizlə ancaq o bizə ağrı verəndə məşğul olmağımızdır. Bəli, o dediyiniz adət hələ də qalır, amma biz bunu dəyişməyə çalışırıq.
Mən pasiyentlərimə həmişə bir həqiqəti izah edirəm ki, sağlam diş sadəcə rahat yemək yemək deyil, həm də insanın özünə olan hörmətidir. Diş ağrımağa başlayıbsa, bu artıq bədənin bizə etdiyi sonuncu xəbərdarlıqdır. Biz isə istəyirik ki, insanlarımız o ağrı həddinə çatmasınlar. Çünki vaxtında atılan kiçik bir addım, gələcəkdə həm sağlamlığınızı, həm də təbəssümünüzün gözəlliyini qoruyur.
Bizim regionun insanı zəhmətkeşdir, fədakardır; çox vaxt öz canından əvvəl işini-gücünü, ailəsini düşünür. Amma unutmaq olmaz ki, insan özü sağlam olmayanda, sevdiklərinə də faydalı ola bilmir. Müasir stomatologiya artıq ağrını kəsmək deyil, o ağrının heç yaranmamasını təmin etməkdir. Biz "Dental MM" olaraq Şirvanda elə bir standart qurmuşuq ki, pasiyent bura qorxu ilə yox, öz sağlamlığına məsuliyyətlə yanaşan bir düşüncə ilə gəlsin.
- Gündəlik həyatda diş sağlamlığı ilə bağlı ən çox hansı yanlışlara yol verilir?
- Gündəlik həyatımızda fərqinə varmadan etdiyimiz elə xırda səhvlər var ki, onlar zamanla böyük fəsadlara yol açır. Məsələn, bir çox insan elə bilir ki, dişi nə qədər bərk və güclə fırçalasa, bir o qədər yaxşı təmizlənər, halbuki bu yanaşma dişin qoruyucu emal qatını yonur və diş ətinə zərər verir. Eyni zamanda, biz çox vaxt ancaq dişin görünən səthini təmizləyirik, amma əsas təhlükə dişlərin birləşdiyi, fırçanın çatmadığı dar aralıqlarda gizlənir. Buna görə də diş sapından istifadə etməmək təmizliyi yarıda qoymaq deməkdir. Digər bir yanlış isə dişlərimizə bir növ alət kimi baxmağımızdır, yəni yeri gələndə dişlə qoz sındırmaq və ya sərt bir şeyi qoparmaq dişin daxilində gözlə görünməyən çatlar yaradır ki, bu da sonradan dişin gözlənilmədən parçalanmasına səbəb olur. Bizim məqsədimiz bu sadə görünən, amma vacib olan qaydaları pasiyentlərimizə bildirməkdir ki, onlar gələcəkdə daha mürəkkəb müalicələrə ehtiyac duymasınlar.
- Təcrübənizdə müasir stomatologiyanın hansı üstünlüklərindən faydalanırsınız, xüsusilə implant və protez seçimində nələrə diqqət edilməlidir?
- Müasir stomatologiya artıq köhnə üsullardan tamamilə fərqlənir və bu gün bizim ən böyük üstünlüyümüz həm dəqiqlik, həm də pasiyentin rahatlığıdır. "Dental MM" klinikasında tətbiq etdiyimiz müasir yanaşmalar sayəsində biz artıq diş bərpasını sadəcə bir müalicə deyil, bir sənət işi kimi görürük.
İmplant və protez seçiminə gəldikdə isə, burada ən vacib məqam hər pasiyentə fərdi yanaşmaqdır. İmplant əməliyyatlarında xüsusi metoddan istifadə edirik ki, bu da bizə implantı çənə sümüyünün ən uyğun yerinə, milimetrik dəqiqliklə yerləşdirməyə imkan verir. Beləliklə həm əməliyyat sonrakı sağalma dövrü sürətlənir, həm də ağrı minimuma enir. İmplant seçərkən onun markasından daha çox, orqanizmlə uyğunlaşma qabiliyyətinə və həkimin o materialla olan təcrübəsinə önəm verilməlidir.
Protezlə bağlı qeyd edim ki, artıq taxma dişlərə çox üstünlük verilmir. İndi biz daha çox təbii dişdən fərqlənməyən, keramika əsaslı materiallara üstünlük veririk. Bu materiallar həm çox dözümlüdür, həm də zamanla diş ətində qaralmalar və ya iltihablar yaratmır. Pasiyentlərimizə həmişə məsləhət görürəm ki, seçim edərkən təkcə qiymətə deyil, materialın keyfiyyətinə və estetik görünüşünə diqqət etsinlər, çünki düzgün seçilmiş implant və ya protez insana öz doğma dişi kimi rahatlıq verməli, ona gülümsəyərkən inam qazandırmalıdır.
- Niyə pasiyentlər yüzlərlə kilometr yol qət edib məhz Dental MM-in kreslosuna əyləşirlər? Sizi fərqli edən nədir?
- Bilirsiniz, uzaq yol qət edib bizə gələn hər bir pasiyent əslində bizə sağlamlığını etibar edir. Hesab edirəm ki, bizi fərqli edən əsas cəhət müasir texnologiya və hər kəsə bir qonaq səmimiyyəti ilə yanaşmamızdır. Şirvandakı klinikamızda paytaxt səviyyəsində xidmət göstərir, eyni zamanda pasiyentin özünü rahat və dəyərli hiss etməsinə xüsusi önəm veririk. Buraya gələn hər kəs soyuq bir tibb mühitində yox, dinlənildiyi və anlayışla qarşılandığı bir məkanda olduğunu hiss edir. Pasiyentlərimiz görürlər ki, biz hər bir işə, istər sadə bir plomb olsun, istərsə də mürəkkəb implantasiya, eyni məsuliyyətlə və incəliklə yanaşırıq. Bizim üçün ən böyük mükafat kilometrlərlə uzaqdan gələn insanın üzündə müalicəmizdən sonra razı və ağrısız təbəssümü görməkdir. İnsanlar səmimiyyəti və peşəkarlığı hiss edirlər, onlar bilirlər ki, "Dental MM"də məqsəd sadəcə müalicə deyil, həm də gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün doğru yol göstərməkdir. Düşünürəm ki, bu güvən və dürüstlük məsafələri qısaldır və bizi bir ailə kimi doğmalaşdırır.
- Sağlam dişlərə və gözəl təbəssümə sahib olmaq istəyənlərə bir mütəxəssis kimi tövsiyələrinizi bilmək istərdik.
- Mənim pasiyentlərimə hər zaman verdiyim ən böyük tövsiyə budur ki, dişlərinizə sadəcə qida qəbul etmək üçün bir vasitə kimi baxmayın, onlar sizin daxili sağlamlığınızın aynasıdır. Gözəl bir təbəssüm üçün gündəlik qayğıları vərdişə çevirmək lazımdır, yəni dişi fırçalamağı bir vəzifə kimi deyil, özünüzə olan sevginin bir parçası kimi görün.
Unutmayın ki, ən bahalı və ən mükəmməl bərpa belə, insanın öz təbii dişi qədər qiymətli ola bilməz. Odur ki, dişlərinizdə heç bir narahatlıq olmasa belə, ildə ən azı iki dəfə həkim müayinəsindən keçməyi özünüzə qayda qoyun, çünki vaxtında aşkar edilən kiçik bir ləkəni təmizləmək, gələcəkdə böyük müalicələrin qarşısını alan ən doğru addımdır. Həmçinin, qidalanma vərdişlərinizə fikir verin, həddindən artıq şəkərli və rəngli içkilərdən uzaq durmağa çalışın. Sonda isə vurğulamaq istərdim ki, biz "Dental MM" olaraq sizin inamlı təbəssümünüzü geri qaytarmaq, onu illər boyu qorumaq üçün hər zaman yanınızdayıq. Gülümsəyin, çünki təbəssüm hər bir qapını açan ən səmimi açardır.
Müsahibəni hazırladı: Ruslan KƏRİMOV
-
Onkoloq yoğun bağırsaq xərçəngindən qorunma yolları və erkən diaqnozun əhəmiyyətinə diqqət çəkdiƏn çox oxunanlar10 Mart 2026360
-
Cərrah 30 yaşdan sonra gözəlliyin "qızıl standartını" açıqladıƏn çox oxunanlar08 Mart 2026188
-
İqlim dəyişikliyi və qeyri-davamlı yığım dərman bitkilərini təhdid edirƏn çox oxunanlar10 Mart 2026152
-
Tibbi tədqiqat qrantlarına müraciət prosesi izah edilibƏn çox oxunanlar07 Mart 2026150
-
Qadınlarda ürək-damar sağlamlığına dair aktual mövzular müzakirə olunduƏn çox oxunanlar08 Mart 2026146
-
Bu ölkədə xəstəxanaların "yaşıl" keçid prosesi başlayıbƏn çox oxunanlar08 Mart 2026146
-
Sizin səsiniz bizim gücümüzdür, elə indi üzv olun və qadın sağlamlığında əsl dəyişiklik yaradınƏn çox oxunanlar07 Mart 2026134
-
Orqanizmdə gizli disbalans: Hansı əlamətlər təhlükə siqnalıdır? – Endokrinoloq Fərhad Burzu açıqladıƏn çox oxunanlar04 Mart 2026132
-
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilibƏn çox oxunanlar11 Mart 2026132
-
Tələbələrlə görüşdə donorluğun həyati əhəmiyyəti müzakirə olunubƏn çox oxunanlar11 Mart 2026128
-
Həyat bəxş etmək öz əlimizdədirƏn çox oxunanlar13 Mart 2026122
-
Fevral ayında 5 aptekdə reseptsiz dərman satışı aşkarlanıbƏn çox oxunanlar11 Mart 2026120
-
Dr. Rəşad Mahmudov: Cəmiyyətin gələcək sağlamlığı ortaq məsuliyyətimizdirƏn çox oxunanlar08 Mart 2026118
-
13 mart – Ümumdünya Yuxu GünüdürƏn çox oxunanlar13 Mart 2026116
-
Endokrinoloq Omeqa-3 yağ turşularının orqanizm üçün həyati əhəmiyyətini vurğulayıbƏn çox oxunanlar10 Mart 2026112
-
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunubƏn çox oxunanlar04 Mart 2026110
-
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilibƏn çox oxunanlar07 Mart 2026106
-
12 mart – Ümumdünya Böyrək GünüdürƏn çox oxunanlar12 Mart 202682
-
"Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası keçirildiƏn çox oxunanlar13 Mart 202682
-
Orqan transplantasiyası – müasir tibbin həyat qurtaran imkanlarından biriƏn çox oxunanlar12 Mart 202680