Mingəçevir şəhərində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə fevralın 10-da Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində “Ailə təbabətində pediatriya: Süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda növbəti regional konfransı keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransın əsas məqsədi müasir ailə təbabətində uşaq sağlamlığının qorunması strategiyalarını təkmilləşdirmək, pediatriyada süni intellekt və rəqəmsal səhiyyənin təqdim etdiyi geniş imkanları, habelə bu sahədəki potensial riskləri və praktik tətbiq üsullarını sübutlu təbabətə əsaslanmaqla dərindən dəyərləndirməkdir.
Tədbirin açılışında Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakıda və regionlarda təşkil olunan bu konfranslar mütəxəssislərin pediatriya sahəsində aktual problemlər, innovativ həllər və yeni yanaşmalara dair dialoquna imkan yaradan mühit formalaşdırır. Eyni zamanda, region həkimlərinin peşəkar təcrübə və bilik mübadiləsi aparması milli səhiyyənin qlobal trendlərə inteqrasiyasına və ölkəmizdə tibbi xidmətin keyfiyyətinin davamlı yüksəlişinə əvəzsiz töhfə verir.
Sonra Təranə Tağı-zadə “Ailə təbabətində pediatriya: Süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda təqdimatla çıxış edib. Alim müasir pediatriyanın təməlində duran “evidence-based medicine” (sübutlara əsaslanan tibb) yanaşmasının əhəmiyyətinə toxunub. Bildirib ki, uşaq orqanizminin həssaslığı və müalicənin uzunmüddətli təsirləri bu sahədə etik və hüquqi məsuliyyəti artırır.
T.Tağızadə qeyd edib ki, uşağın inkişaf göstəricilərinin elektron qaydada izlənilməsi patologiyaların erkən diaqnostikasında mühüm addımdır. Alim mobil tətbiqlər vasitəsilə valideynlərlə qurulan davamlı əlaqə və telekonsultasiya xidmətlərinin ucqar bölgələrdə yaşayan sakinlər üçün ixtisaslaşmış pediatrik yardımı daha əlçatan etdiyini deyib.
Süni intellektin pediatriyadakı tətbiqi istiqamətlərinə toxunan alim, bu texnologiyanın neyroinkişaf pozuntularının erkən aşkarlanması, habelə gələcəkdə yarana biləcək obezite və diabet risklərinin proqnozlaşdırılmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb. O, həmçinin EKQ, rentgen və laborator analizlərin süni intellekt tərəfindən avtomatik şərhi sayəsində diaqnozlarda dəqiqliyin artdığını və peyvənd təqviminin hər bir uşağın immun sisteminə uyğun olaraq fərdiləşdirilməsinin vacibliyini qeyd edib.
Həkim vurğulayıb ki, rəqəmsal səhiyyə alətləri pediatriyada effektivliyi artırmaqla yanaşı, ailə həkimlərinə uşaqların sağlamlıq vəziyyətini daha dərindən və fərdi şəkildə idarə etmək imkanı verir.
Sonda pediatr əlavə edib ki, texnoloji tərəqqi nə qədər sürətli olsa da, insan həyatı ilə bağlı yekun qərarı süni intellekt deyil, mütləq həkim özü verməlidir. Çünki texnologiya insan şəfqətini və empatiyasını əvəz edə bilməz. Həkim təkcə diaqnoz qoyan mütəxəssis deyil, həm də xəstəyə ürəklə yanaşan, uşaq hüquqlarını və insani dəyərləri hər şeydən uca tutan bir mənəviyyat daşıyıcısı olmalıdır.
Konfransda ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva "Uşaqlarda parapnevmonik effuziya ilə fəsadlaşan pnevmoniyalara dair kliniki keyzlərin təhlili və müalicəsinə dair yeni baxışlar" mövzusunda çıxış edib. Məruzəçi patologiyanın diaqnostikasında müasir metodların rolunu vurğulayaraq, ağırlaşmaların qarşısının alınması üçün tətbiq edilən innovativ terapevtik yanaşmaları auditoriyanın diqqətinə çatdırıb.
Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova "Displastik fenotipləri olan uşaqların aparılması: pediatr və ailə həkiminin protokollara əsaslanan multidissiplinar yanaşması"na dair təqdimatında beynəlxalq standartlara əsaslanan müalicə üsullarını, eləcə də pediatr və ailə həkimləri üçün protokollara əsaslanan klinik idarəetmə mexanizmlərini ətraflı şəkildə şərh edib.
Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Lalə Hidayətova "Uşaqlarda hemokolitin differensial diaqnostikası: “qırmızı bayraqlar” və gizli təhlükələr" mövzusunda məruzə edib. Alim gizli təhlükə yaradan patologiyaların erkən aşkarlanması üçün müasir diaqnostik alqoritmləri təqdim edib və pediatrlar üçün vacib olan praktik tövsiyələrini bölüşüb.
Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Aytəkin Adilova "Yenidoğulmuşda Apert sindromu" mövzusunda çıxış edərək, nadir rast gəlinən bu genetik patologiyanın erkən diaqnostikası və körpələrin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətindəki son elmi nailiyyətlərdən bəhs edib.
Tədbirin II sessiyasında Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən professor Mireldar Babayev “İrsi hemolitik anemiyalar: Uşaqlarda klinik gedişi” mövzusunda genişməruzə ilə çıxış edərək müasir müalicə protokollarını diqqətə çatdırıb.
"Uşaqlarda qrip virusu: Risk faktorları və profilaktik yanaşmalar" adlı təqdimatında tibb üzrə fəlsəfə doktoru, dosent Səbinə Cəfərova xəstəliyin fəsadlaşma hallarını elmi-statistik göstəricilər əsasında təhlil edib.
İnvaziv-uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov "Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları" mövzulu çıxışında erkən diaqnostikanın həlledici rolunu, eyni zamanda praktik tibbdə qarşıya çıxan əsas problemlər və onların effektiv həll yollarını diqqətə çatdırıb.
"Uşaqlarda kəskin tənəffüs çatışmazlığına yanaşma" mövzusunda çıxışında uzman pediatr Nazlı Şirinova xəstəliyin ağırlıq dərəcəsinin təyini, erkən müdaxilə və həyat qurtarıcı ilkin tibbi yardım metodlarını təqdim edib.
Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilən konfrans iştirakçıların peşəkar biliklərinin artırılması baxımından səmərəli olub.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668