İnsanlar arasında son illər bel ağrılarından şikayətlərin sayı çoxalıb. Ən sağlam insanın belə, uşaqdan-böyüyə hər kəsin ömründə heç olmasa bir dəfə də olsa bel və ya kürək ağrısı ilə bağlı şikayəti olur.
Azmedinfo.az xəbər verir ki, mütəxəssislər uşaqlarda bunu məktəbli çantalarının ağırlığı və parta arxasında düz oturmamaqla, ofis işçilərində isə hərəkətsizliklə əlaqəndirirlər.
Fizioterapevt və reabilitoloq İbrahim Balabəyov bildirib ki, Azərbaycanda fizioterapiya sahəsi sürətlə inkişaf edir. Hazırda spa kapsulları, tecar, hidroterapiya, lazer və elektromaqnit terapiyası kimi müasir üsullardan geniş istifadə olunur. Həmçinin masaj və manual terapiyalar da üstünlük təşkil edir.
Qeyd edib ki, fizioterapiya bir çox hallarda cərrahi müdaxilənin qarşısını ala bilər. Xüsusilə, erkən mərhələlərdə başlanan müalicə ilə bel ağrısı, disk yırtıqları və oynaq problemlərinin ağırlaşmasının qarşısı alınır. Lakin bəzi hallarda əməliyyat qaçınılmazdır. Cərrahiyyə ciddi müdaxilədir və müəyyən risk faktorları var. İnfeksiyalar, sinir zədələnmələri və əməliyyatdan sonra reabilitasiya müddətinin uzanması kimi hallar yaşana bilər. Bu səbəbdən mümkün qədər fizioterapiya ilə tibbi əməliyyatlardan yayınmağa çalışırıq.
Davamlı hərəkətsizlik, ağır fiziki iş, düzgün olmayan yuxu saatı və stress bel ağrılarının daha da pisləşməsinə səbəb ola bilər.
Uşaqlarda fizioterapiya daha yüngül və diqqətli tətbiq olunur. Çünki onların toxumaları daha həssasdır. Böyüklərdə isə güc tətbiq etmək mümkün olur.
Xalq təbabəti bəzi hallarda ağrını azaltmağa kömək edə bilər, lakin fəqərə sürüşməsinin effektiv müalicəsi üçün müasir fizioterapiya və reabilitasiya üsulları vacibdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654