Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 17:13
Əlaqə vasitələri
Bizimlə əlaqə
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Yaponiya universitetləri ilə əməkdaşlığı genişləndirir
17 Fevral 2026
428
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu qadın sağlamlığının qorunması istiqamətində beynəlxalq əməkdaşlıqlarını uğurla davam etdirir.
 
Azmedinfo.az xəbər verir ki, Yaponiyanın Kyoto Prefektura Tibb Universiteti və Kochi Universitetinin Kochi Tibb Məktəbi ilə qurulan sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi-tədqiqat layihəsi yalnız təhsil müəssisələrində sorğuların təşkili ilə məhdudlaşmır, eyni zamanda maarifləndirmə fəaliyyətlərini də əhatə edir.
 
Məhz bu əməkdaşlığın nəticəsi olaraq İnstitutun əməkdaşları tərəfindən orta məktəblərin 7–9-cu sinif şagirdləri üçün “Qadın sağlamlığının qorunması”, “Cinsi yetişkənlik dövründə sağlamlıq” və “Erkən nikah və erkən hamiləliyin qarşısının alınması” mövzularında seminarlar təşkil olunub, sorğular keçirilib.
Ən çox oxunanlar