Səhiyyə sistemində klinik protokolların rolu və onların gündəlik tibbi praktikada tətbiqinin əhəmiyyəti barədə tanınmış həkim və millət vəkili Rəşad Mahmudov fikirlərini bölüşüb.
Azmedinfo.az xəbər verir ki, onun sözlərinə görə, klinik protokollar həkimin peşəkar fəaliyyətində əsas istiqaməti müəyyən edən, praktik qərarverməni sistemləşdirən mühüm istinad mənbəyidir.
Ekspert vurğulayır ki, klinik protokollar müasir səhiyyə sisteminin əsas dayaqlarından biri olmaqla yanaşı, elmi sübutlara əsaslanan və klinik prosesləri standartlaşdıran strateji yol xəritəsi rolunu oynayır. Bu sənədlər eyni diaqnoz və klinik vəziyyət qarşısında müxtəlif tibb müəssisələrində və fərqli həkimlər tərəfindən oxşar, sübuta əsaslanan yanaşmanın tətbiqinə imkan yaradır. Beləliklə, tibbi xidmətin keyfiyyəti qorunur, eyni zamanda səhiyyə xidmətində ədalətlilik təmin edilir.
Ekspertin fikrincə, klinik protokollar sürətli və rasional qərarvermə baxımından da əvəzolunmazdır. Xüsusilə təcili və kritik hallarda standart alqoritmlərin mövcudluğu vaxt itkisini minimuma endirir, klinik prosesin effektivliyini artırır və müdaxilələrin daha məqsədyönlü aparılmasına şərait yaradır.
Bununla yanaşı, protokollar insan faktorundan qaynaqlanan səhvlərin azalmasına mühüm töhfə verir. Standartlaşdırılmış yanaşma riskləri minimuma endirir, nəzarət mexanizmlərini gücləndirir və xəstə təhlükəsizliyini prioritetə çevirir. Bu baxımdan klinik protokollar yalnız idarəetmə aləti deyil, həm də səhiyyə sistemində keyfiyyətin, təhlükəsizliyin və etibarlılığın təminatçısı kimi çıxış edir.
Bununla belə, ekspert təəssüflə qeyd edir ki, ölkədə klinik protokolların tətbiqi və düzgün istifadəsi hələ də arzuolunan səviyyədə deyil və bu istiqamətdə sistemli yanaşmanın gücləndirilməsinə ehtiyac var.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654