Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə fevralın 21-də Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində “Pediatriyada yeni yanaşmalar və praktiki həllər” mövzusunda növbəti regional konfransı keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə APA-nın “Milli Pediatriya Akademiyası – 95 il” yubiley layihəsi çərçivəsində regionlarda həkimlərin peşəkar inkişafını hədəfləyən silsilə görüşlərin davamı kimi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, belə tədbirlər paytaxtla bölgələr arasında elmi təcrübə mübadiləsini gücləndirmək və ən son tibbi innovasiyaları yerli pediatrların təcrübələrində tətbiqinə imkanlar yaratmaq məqsədi daşıyır. T.Tağı-zadə çıxışında tədbirin yüksək səviyyədə təşkilinə yaradılan şəraitə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və nümayəndələrinə, eləcə də bütün iştirakçılara dərin minnətdarlığını bildirib.
Sonra Təranə Tağı-zadə “Ailə təbabətində pediatriya: süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda təqdimatla çıxış edib. Alim vurğulayıb ki, müasir dövrdə rəqəmsal həllər və süni intellekt uşaq xəstəliklərinin erkən diaqnostikasında və fərdi müalicə metodlarının seçilməsində inqilabi rol oynayır. Rəqəmsal səhiyyənin ailə təbabətinə inteqrasiyası pediatrların işini asanlaşdırmaqla yanaşı, tibbi xidmətin keyfiyyətini və əlçatanlığını da artırır.
Pediatr bildirib ki, texnologiya nə qədər sürətlə inkişaf etsə də, insan həyatı ilə bağlı son qərar heç vaxt süni intellektə deyil, məhz həkimin özünə məxsus olmalıdır. Çünki heç bir texnologiya həkim şəfqətini və mərhəmətini əvəz edə bilməz. Həkim yalnız diaqnoz qoyan mütəxəssis deyil, eyni zamanda xəstəyə ürəkdən yanaşan, onun hüquqlarını və insani dəyərləri hər şeydən üstün tutan yüksək məsuliyyət daşıyıcısıdır.
Konfransda çıxış edən millət vəkili, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov müasir təbabətdə klinik protokolların tətbiqi əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, klinik protokollar müasir səhiyyə sisteminin əsas dayaqlarından biri olmaqla yanaşı, elmi sübutlara əsaslanan və klinik prosesləri standartlaşdıran strateji yol xəritəsi rolunu oynayır. Qeyd edib ki, bu sənədlər eyni diaqnoz və klinik vəziyyət qarşısında müxtəlif tibb müəssisələrində və fərqli həkimlər tərəfindən oxşar, sübuta əsaslanan yanaşmanın tətbiqinə imkan yaradır. Beləliklə, tibbi xidmətin keyfiyyəti qorunur, eyni zamanda səhiyyə xidmətində ədalətlilik təmin edilir.
Millət vəkili bu cür elmi əsaslı yanaşmaları region həkimlərinə çatdırmaq və ölkə daxilində tibbi xidmətin vahid standartlar üzrə inkişafına nail olmaq baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Tədbirdə Rəşad Mahmudov dünyada ilk dəfə kiçik yaşlı uşaqda eyni vaxtda icra olunan 2 cərrahi əməliyyatın - ürək əməliyyatı və tanınmış cərrah-transplantoloq Mircəlal Kazıminin apardığı qara ciyər transplantasiyası əməliyyatının gedişatına dair videogörüntüləri nümayiş etdirib.
Sonra Lənkəran ŞİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bu dahi şəxsiyyətin strateji kursunu uğurla davam etdirən Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində regionlarda, xüsusilə Lənkəranda təhsil və səhiyyə imkanlarının genişləndirilməsi istiqamətində əsaslı islahatların həyata keçirildiyini bildirib. Qeyd edib ki, dövlətin yüksək diqqəti nəticəsində Lənkəranın təhsil və səhiyyə infrastrukturu müasirləşir və bu proses xalqın gələcək rifahına xidmət edir.
Konfransda ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Müasir dövrdə uşaqlarda pnevmaniyanın diaqnostika və müalicəsində pediatrın çətinlikləri və klinik təhlillər” mövzusunda məruzə edərək, xəstəliyin klinik əlamətləri və diaqnostikada rast gəlinən mürəkkəb məqamlardan bəhs edib.
Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova "Displastik fenotiplər və süni intellekt: imkanlar və səhvlər” adlı təqdimatında rəqəmsal texnologiyaların genetik və struktur pozuntuların müəyyən edilməsindəki rolundan bəhs edib, süni intellektin yüksək diaqnostik imkanları, eləcə də bu kimi sistemlərin törədə biləcəyi xətaları və həkim nəzarətinin mütləqliyini vurğulayıb.
Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Lalə Hidayətova “Bağırsaq və antibiotiklər: sürətli müalicənin bahalı qiyməti” mövzulu çıxışında antibiotiklərdən qeyri-düzgün istifadənin bağırsaq mikrobiotasına vurduğu ciddi zərərləri təhlil edib. Həkim sürətli sağalma naminə seçilən səhv müalicənin gələcəkdə uşaq orqanizmində yarada biləcəyi fəsadları sadalayıb.
TƏBİB-in nümayəndəsi, Sumqayıt Tibb Mərkəzinin dorektoru, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov “Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları” adlı təqdimatında erkən diaqnostikanın həlledici rolunu, eyni zamanda praktik tibbdə qarşıya çıxan əsas problemlər və onların effektiv həll yollarını diqqətə çatdırıb.
Tədbirin II sessiyasında Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin professoru Mireldar Babayev “İrsi hemolitik anemiyalar: Uşaqlarda klinik gedişi” mövzusunda çıxış edərək, bu tip xəstəliklərin uşaqlarda erkən yaşlardan aşkar edilməsinin vacibliyini və düzgün reabilitasiya üsulları ilə xəstələrin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artırıla biləcəyini vurğulayıb.
“Azərbaycanda uşaqlar arasında respirator infeksiyaların klinik epidemioloji xüsusiyyətləri” adlı təqdimatında tibb üzrə fəlsəfə doktoru, dosent Səbinə Cəfərova ölkə daxilində yayılan respirator infeksiyaların dinamikasını və onların mövsümi xüsusiyyətlərini şərh edib, xəstəliklərin effektiv idarə olunmasında erkən epidemioloji monitorinqlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətinə çatdırıb.
Konfransda ölkəmizdə son illər səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində atılan strateji addımlar, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, milli genofondun qorunmasına xidmət edən sosial-tibbi layihələrin əhəmiyyəti və tibb müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi xüsusi vurğulanıb.
Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilən konfransda 150-dən çox səhiyyə mütəxəssisi əyani və onlayn iştirak edib.
Tədbir elmi məruzələrlə davam edib.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142