Mart ayı beynəlxalq səviyyədə Yoğun Bağırsaq Xərçəngi ilə Mübarizə Ayı kimi qeyd olunur. Bu ayın əsas məqsədi cəmiyyətin diqqətini dünyada ən çox rast gəlinən bədxassəli şişlərdən biri olan kolorektal xərçəngə yönəltmək, profilaktikanın və erkən diaqnostikanın həyati vacibliyini təbliğ etməkdir.
Azmedinfo.az bu məqsədlə onkoloq-rezident Ağadadaş Məmmədlinin xəstəliyin qarşısının alınması, həmçinin vaxtında aşkar edilməsi ilə bağlı mühüm tövsiyələrini təqdim edib.
Onkoloq bildirib ki, GLOBOCAN-nın (Global Cancer Observatory) məlumatlarına görə, dünyada hər il 1.9 milyondan çox, Azərbaycanda isə təxminən 1700-dən çox yeni yoğun bağırsaq xərçəngi halı qeydə alınır. Sevindirici hal odur ki, bu xərçəng növünü erkən mərhələdə aşkar etmək və qarşısını almaq mümkündür, çünki vaxtında qoyulan diaqnoz müalicənin effektivliyini və sağalma şansını xeyli artırır.
"Xəstəliyin yaranmasında qidalanma mühüm rol oynadığı üçün gündəlik rasionda tərəvəz, meyvə və liflə zəngin qidalar, tam taxıllı məhsullar və paxlalılar üstünlük təşkil etməli, bağırsaqların normal fəaliyyəti təmin olunmalıdır. Bunun əksinə olaraq, qırmızı ət və kolbasa, sosiska kimi emal olunmuş məhsulların, eləcə də yağlı və yüksək kalorili qidaların həddindən artıq qəbulu risk faktorlarını artırdığı üçün bu cür qidaların istifadəsi məhdudlaşdırılmalıdır", - deyə ekspert bildirib.
Onkoloq qeyd edib ki, fiziki aktiv həyat tərzi maddələr mübadiləsini tənzimləyərək bağırsaq fəaliyyətini yaxşılaşdırır, bu səbəbdən həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki aktivlik, eyni zamanda siqaret və alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq sağlamlıq üçün vacibdir.
Ekspert artıq çəki və piylənmənin riskləri artırdığını nəzərə alaraq normal bədən çəkisini qorumağın da xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
"Xəstəliyin erkən diaqnostikasında ən effektiv üsul skrininq müayinələri, xüsusilə də kolonoskopiyadır ki, bu vasitə ilə bağırsaqdakı poliplər xərçəngə çevrilmədən aşkar edilərək götürülə bilir. Adətən sağlam şəxslərə 45–50 yaşdan sonra kolonoskopiya tövsiyə olunsa da, ailə tarixçəsində bu xəstəlik olanlar müayinələrə daha erkən başlamalıdırlar. Nəcisdə qan görünməsi, uzunmüddətli qəbizlik və ya ishal, qarında ağrı, izah olunmayan çəki itkisi və qan azlığı kimi simptomlar müşahidə olunduqda mütləq həkimə müraciət edilməlidir", - həkim vurğulayıb.
Mütəxəssis əlavə edib ki, sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm tibbi yoxlamalar sayəsində yoğun bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654