Azərbaycanın ən qədim və sevilən bayramlarından biri olan Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi bu gün qeyd olunur. Su çərşənbəsi ilə birlikdə yazın müjdəçisi olan Novruzun başlanğıcı hesab edilir. Su insan həyatının ən vacib ünsürlərindən biri olmaqla bərabər, həm də təmizlik, sağlamlıq və yenilənmə rəmzidir.
Qədim inanclara görə, Su çərşənbəsində axar sular təzələnir, təmizlənir və insanlara ruhi, fiziki sağlamlıq bəxş edir. İnsanlar bu gün sübh tezdən bulaq və çay kənarına gedərək, axar su ilə üzlərini yuyar, suyun şəfa verici gücünə inanarlar. Hətta Su çərşənbəsində içilən suyun bədənə sağlamlıq bəxş etdiyi, xəstəliklərdən qoruduğu inancları da mövcuddur.
Su insan orqanizmi üçün əvəzolunmaz bir mənbədir. Bədənin 60%-dən çoxu sudan ibarətdir və sağlam qalmaq üçün gündəlik kifayət qədər su içmək vacibdir. Yetərli miqdarda su qəbul etmək metabolizmi sürətləndirir, immun sistemini gücləndirir, dəriyə parlaqlıq verir və bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Xüsusilə böyrək və həzm sistemi üçün suyun həyati əhəmiyyəti var.
Bu gün Su çərşənbəsini qeyd edərkən, həm də sağlam həyat tərzini təşviq etməyə çağırırıq. Su içməyi gündəlik vərdiş halına gətirmək, təmiz su mənbələrini qorumaq və sağlam bir həyat üçün su balansına diqqət yetirmək hər birimiz üçün vacibdir.
Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsinin hamıya ruzi-bərəkət, sağlamlıq və xoş günlər gətirməsini diləyirik!
Azmedinfo.az
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654