Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.
Azmedinfo.az Agentliyin məlumatına istinadən yazır ki, vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır. Onlar çox vaxt az çəki ilə doğulurlar. Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır.
Bu körpələr adətən neonatal reanimasiya və ya intensiv terapiya şöbəsində saxlanılır. Əsas məqsəd körpənin həyati funksiyalarını stabilləşdirmək, inkişafını dəstəkləmək və ağırlaşmaların qarşısını almaqdır. Körpələr ilkin olaraq stasionar şəraitdə tənəffüs dəstəyi ilə təmin olunur. Ağciyərlər kifayət qədər inkişaf etmədiyi üçün oksigen, CPAP və ya süni tənəffüs aparatı ilə təmin olunur. Qeyri-invaziv ventilyasiya və ya mexaniki ventilyasiya kimi üsullarla uşağın nəfəs alması stabilləşdirilir, oksigenlə təminatı yaxşılaşdırılır və tənəffüs çatışmazlığının ağırlaşmasının qarşısı alınır. Qan dövranı sistemi də diqqətlə izlənir - EKQ və təzyiq monitorinqi aparılır, qan dövranı dəstəklənir. Erkən doğulan körpələr bədən hərarətini sabit saxlaya bilmədikləri üçün küvəzdə saxlanılır. Qidalanma xüsusi protokollara uyğun aparılır. Əvvəlcə venadaxili total parenteral qidalanma tətbiq edilir, daha sonra zondla, tədricən ana südü ilə qidalandırılır. Bu mərhələdə həyati göstəricilər - nəbz, saturasiya, tənəffüs, bədən tempraturu, qanda şəkər və elektrolitlər daimi monitorinq edilir.
Vaxtından əvvəl doğulan uşaqlar üçün immun sisteminin zəif olması mühüm risk amilidir. Bu səbəbdən vaxtından əvvəl doğulan uşaqlarda tez-tez xəstəliklər baş verə bilər. Buna görə də onlar təmiz və demək olar ki, steril şəraitdə saxlanılmalı, ümumi vəziyyətləri imkan verdikcə planlı vaksinasiyaları həyata keçirilməlidir. Görmə və eşitmə ilə bağlı problemlərin vaxtında aşkar edilməsi üçün yenidoğulmuşlarda ROP (vaxtından əvvəl doğulmuşların retinopatiyası) və audioloji müayinələr aparılır. Sadalanan müayinə metodları icbari tibbi sığorta hesabına qarşılanır.
Qeyd edək ki, vaxtından əvvəl doğuşun müxtəlif səbəbləri, risk faktorları ola bilər: əvvəlki mamalıq və ya ginekoloji anamnezdən irəli gələn risk faktorları - anamnezində vaxtından əvvəl doğuş (ən yüksək risk), servikal çatışmazlıq, servikal poliplər, uşaqlıq mioması və ya ananın reproduktiv sisteminin anadangəlmə anomaliyaları (məsələn, ikibuynuzlu uşaqlıq), infeksiyalar, preeklampsiya (hamiləlik toksikozu), şəkərli diabet, anemiya, stres və zərərli vərdişlər, mövcud hamiləliklə əlaqəli mamalıq risk faktorları - hamiləliklər arasında qısa interval, vaxtından əvvəl doğuş, dölün inkişaf qüsurları, çoxdöllü hamiləliklər, plasentanın ayrılması və s.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654