Koxlear implantasiya əməliyyatı anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan şəxslərə tətbiq olunur. Anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqların yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), sonradan yaranmış ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan şəxslərin yaş həddi isə 65 yaş kimi müəyyən edilir. 2024-cü il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 126 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.
Azmedinfo.az xəbər verir ki, icbari tibbi sığorta ilə qarşılanan sözügedən tibbi xidmət 3 mərhələdən ibarətdir: pasiyentin müayinəsi, cərrahi əməliyyat və reabilitasiya dövrü.
Tibbi xidmətdən istifadə etmək üçün şəxs ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən birində və ya Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında ixtisaslı həkimin (lor) müayinəsindən keçməlidir. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, KT, MRT və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiq edildikdən sonra ixtisaslı həkimin göstərişi əsasında vətəndaşa cərrahiyyə əməliyyatı təyin edilir.
Xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişə əsasən təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə icra olunur. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə nitq prosessorunun (üst cihaz) yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti icbari tibbi sığorta ilə qarşılanır.
Pasiyentin reabilitasiyası zamanı loqoped səs-tələffüz oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlər həyata keçirir, uşaqların eşitmə qavrayışı, nitqi, ünsiyyət qurma bacarığını inkişaf etdirir. Psixoloq isə davranış pozğunluğunun aradan qaldırılması, təfəkkür və qavramanın inkişafı ilə bağlı işlər aparır.
Bu gün “25 Fevral - Beynəlxalq Koxlear İmplant Günü”dür. Koxlear implantasiya olunmuş şəxslərdə eşitmə qabiliyyəti tam bərpa edilir və onlar ömürlük əlillikdən xilas edilirlər. Əməliyyat nəticəsində tam eşitmə və danışma məhdudiyyətli şəxslər normal həyat tərzinə qayıda bilir. Bu da təbii ki, onların peşəkar imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə, karyera və şəxsi həyatlarında uğur qazanmalarına səbəb olur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654