Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus səhiyyə naziri Teymur Musayevlə birgə nazirliyin professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasını ziyarət ediblər.
Azmedinfo.az Səhiyyə Nazirliyinin məlumatına istinadən yazır ki, səhiyyə naziri Teymur Musayev müəssisənin fəaliyyəti, uşaqlar və yeniyetmələr arasında vərəm və digər tənəffüs orqanları xəstəliklərinin profilaktikası, erkən diaqnostikası, müalicəsi və reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışıb.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bakıda professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının yeni binası inşa olunub. Sanatoriyada pasiyentlərin kompleks müalicəsi üçün zəruri tibbi və sosial reabilitasiya xidmətləri təşkil olunub, müasir tibbi yanaşmalar və profilaktik proqramlar tətbiq edilir.
Sonra müəssisənin müalicə və diaqnostika bölmələri, laboratoriya və reabilitasiya sahələri ilə tanışlıq olub. Bildirilib ki, sanatoriyada müasir tibbi avadanlıqlardan istifadə olunur, pasiyentlərin sağlamlığının bərpası və sosial adaptasiyası üçün kompleks tədbirlər həyata keçirilir.
ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus sanatoriyada yaradılmış şəraiti və uşaqların müalicəsi və reabilitasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, qlobal səviyyədə vərəmlə mübarizənin mühüm prioritetlərdən biri olduğunu qeyd edərək, bu sahədə ÜST ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonaqlar müəssisədə müalicə alan uşaqlarla görüşüb, onların müalicə və reabilitasiya şəraiti ilə yaxından tanış olublar.
Sonda ÜST-nin Baş direktoru sanatoriyanın kollektivi ilə səmimi görüş keçirib, onların fəaliyyəti ilə yaxından tanış olub və görülən işləri yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654