50 yaşdan aşağı pasiyentlərdə bağırsaq xərçəngi daha tez-tez diaqnoz qoyulmağa başlayıb.
Bağırsaq xərçəngi getdikcə daha çox 50 yaşdan aşağı insanlarda aşkarlanır — həkimlər simptomları görməzlikdən gəlməməyə və onları yaşla əlaqələndirməməyə çağırırlar.
Azmedinfo.az bu barədə "Fox News"a istinadən xəbər verir.
Son onilliklər ərzində 65 yaşdan aşağı pasiyentlər arasında yeni halların payı xeyli artıb. Rəsmi tövsiyələrə görə, rutin skrininq müayinələrinə 45 yaşdan başlamaq lazımdır. “Qızıl standart” hesab olunan üsul hər 10 ildən bir aparılan kolonoskopiyadır. Bu müayinə təkcə şişi aşkar etməyə deyil, həm də xərçəngönü poliplərin götürülməsinə imkan verir. Alternativ olaraq hər 1–3 ildən bir nəcisdə gizli qan və ya DNT markerlərinin analizi aparıla bilər, lakin simptomlar və ya yüksək risk olduqda həkimlər məhz kolonoskopiya təyin edirlər.
Erkən müayinə xüsusilə üç kateqoriya insan üçün vacibdir.
Birinci qrup — ailəsində 60 yaşdan əvvəl bağırsaq xərçəngi və ya polip halları olan şəxslərdir. Onlara skrininqi 40 yaşdan və ya ailədə xəstəliyə tutulmuş ən gənc şəxsdən 10 il əvvəl başlamaq, hər 5 ildən bir müayinə olunmaq tövsiyə edilir.
İkinci qrup — narahatedici simptomları olan pasiyentlərdir. Bunlara nəcisdə qan, nəcis xarakterinin dəyişməsi, səbəbi izah olunmayan anemiya, qarın ağrıları, çəki itkisi və bağırsağın tam boşalmaması hissi daxildir. Həkimlər xəbərdarlıq edirlər ki, belə əlamətləri gənc yaşda belə hemorroy və ya stresslə əlaqələndirib diqqətdən kənarda qoymaq olmaz.
Üçüncü qrup — genetik sindromların daşıyıcılarıdır. Linç sindromu olan şəxslərdə kolonoskopiya 20–25 yaşdan başlayaraq hər 1–2 ildən bir aparılır, ailəvi adenomatoz polipoz zamanı isə müayinə 10–12 yaşdan etibarən hər il həyata keçirilir. Risk qrupuna həmçinin xoralı kolit və Kron xəstəliyi olan insanlar da daxildir.
Onkoloqlar xatırladır ki, bu xəstəlik illər ərzində inkişaf edir və vaxtında aparılan diaqnostika həm müalicəyə, həm də xəstəliyin qarşısının alınmasına imkan verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650