Yaşamaq və yaşatmaq naminə: donorluq mədəniyyətinin təşviqi davam edir
03 Aprel 2026
536
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) əhali arasında, xüsusilə gənclər auditoriyasında donorluq mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Silsilə görüşlərin növbəti ünvanı Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) olub.
Azmedinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADDA-nın tədrisin təşkili və idarəedilməsi üzrə prorektoru İradə Süleymanova orqan bağışlamanın humanitar əhəmiyyətini vurğulayaraq bildirib ki, donorluq ümidlə ümidsizlik arasında, donorla resipienti birləşdirən mənəvi bir körpüdür. Bu körpünün memarları isə məhz bu ali qərarı verən insanlardır.
ODTKM İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında transplantasiya gözləyən dializ xəstələrinin çətin vəziyyətindən, köçürülməsi mümkün olan orqanlardan və bu sahədə mövcud qanunvericilikdən bəhs edib. O qeyd edib ki, orqan bağışlamaq ali bir qərar olsa da, hər kəs donor ola bilmir. Transplantasiyanın baş tutması üçün tibbi baxımdan mütləq şəkildə xəstəxanada beyin ölümü faktı təsdiqlənməlidir.
Mərkəz sədri transplantasiyanın sosial tərəflərinə də diqqət çəkərək bildirib: “Bu gün ölkəmizdə 4 mindən çox insan dializ cihazlarından asılı vəziyyətdə yaşayır və onların yeganə çıxış yolu orqan nəqlidir. Transplantasiya yalnız ağır xəstənin sağalması deyil, həm də bir ailənin yenidən bütövləşməsi deməkdir. Hazırda qanunvericilik bazamız və tibbi infrastrukturumuz böyrək, qaraciyər, ürək, ağciyər və digər həyati vacib orqanların köçürülməsinə tam imkan verir. Hər kəs bilməlidir ki, beyin ölümü geri dönməz bir prosesdir və bu vəziyyətdə olan şəxsin orqanları 8-dən çox insanın həyatını xilas edə bilər.”
Daha sonra ODTKM-nin həkim-koordinatoru Mehriban Əliyeva donorluq prosesinin texniki və tibbi tərəfləri barədə ümumi məlumat verib, prosesin şəffaflığı və təhlükəsizliyi məsələlərinə aydınlıq gətirib.
Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Sualları ilə seçilən tələbələrə simvolik hədiyyələr təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654