Qastroenterologiyada son illərin ən effektiv diaqnostik və müalicəvi üsullarından biri olan ERCP (endoskopik retroqrad xolangio-pankreatoqrafiya) öd yolları və mədəaltı vəzinin axar sistemində yaranan problemlərin aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayır.
Azmedinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev məlumat verib.
Onun sözlərinə görə, ERCP minimal invaziv endoskopik prosedur olmaqla ənənəvi endoskopiyadan fərqli olaraq yalnız baxışla kifayətlənmir, eyni zamanda müdaxilə imkanı da yaradır. Bu üsul vasitəsilə tıxanıqlıq və digər anomaliyalar olan nahiyələr vizual olaraq daha dəqiq qiymətləndirilir və birbaşa müalicə tədbirləri həyata keçirilir. Digər diaqnostik metodların kifayət qədər informasiya vermədiyi hallarda ERCP daha üstün nəticələr verir.
Ekspert qeyd edir ki, ERCP öd yollarının genişləndirilməsi, öd daşlarının çıxarılması, daralmış öd yollarının açıq saxlanılması üçün stent yerləşdirilməsi, xüsusi balon vasitəsilə daralmaların genişləndirilməsi və şübhəli hallarda biopsiya götürülməsi hallarında geniş tətbiq olunur.
Dr. Aqil Ağakişiyevin sözlərinə görə, bu prosedurun əsas üstünlüklərindən biri onun açıq cərrahi əməliyyatlara ehtiyacı əhəmiyyətli dərəcədə azaltmasıdır. Minimal invaziv yanaşma sayəsində pasiyentlərdə bərpa müddəti daha qısa olur, ağırlaşma riski azalır və estetik baxımdan çapıq izi qalmır.
Mütəxəssis vurğulayır ki, düzgün seçilmiş hallarda ERCP həm diaqnostik, həm də müalicəvi baxımdan yüksək effektivliyi ilə müasir tibbin əvəzolunmaz prosedurlarından biridir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654