Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 05:02
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanda rüb ərzində 11 mindən çox şəxsə əlillik dərəcəsi verilib
20 Aprel 2026
308
Azərbaycanda rüb ərzində 11 mindən çox şəxsə əlillik dərəcəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin I rübü ərzində 11,5 min şəxsə əlillik təyin edilib.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.

 

Bildirilib ki, onlardan 5,3 min şəxsə ilkin, 6,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb: "Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir".

Ən çox oxunanlar