Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 17:13
Əlaqə vasitələri
Bizimlə əlaqə
Fəqərə sınıqlarının bərpası artıq ödənişsizdir
23 Aprel 2026
76
Fəqərə sınıqlarının bərpası artıq ödənişsizdir

Azərbaycanda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara təqdim olunan yüksək texnologiyalı tibbi xidmətlərin siyahısı genişlənməkdə davam edir.

 

Azmedinfo.az xəbər verir ki, hazırda onurğa sütununda müxtəlif travmalar və ya patoloji amillər səbəbindən yaranan fəqərə sınıqlarının cərrahi yolla bərpası (osteosintez) sığorta vəsaiti hesabına tam qarşılanır.

 

Bu mürəkkəb neyrocərrahi əməliyyat zamanı zədələnmiş onurğa hissəsi xüsusi metal konstruksiyalar və implantlar vasitəsilə fiksasiya olunaraq stabilləşdirilir.

 

Prosesin icrası üçün vətəndaşlar ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət etməli, həmin müəssisədə müvafiq avadanlıq və ya kadr olmadıqda isə göndəriş vərəqəsi ilə özəl klinikalara yollanmalıdırlar.

 

Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olmaq üçün: https://tinyurl.com/n8mrutft

Ən çox oxunanlar