Amerikalı nevroloq Kimberli İdoko müsahibəsində hər bir insanın beyin sağlamlığını dəstəkləmək üçün real olaraq nələr edə biləcəyindən danışıb.
Azmedinfo.az "EatingWell" nəşrinə istinadən yazır ki, mütəxəssisin fikrincə, qazanılmalı olan əsas vərdişlərə daimi fiziki aktivlik, yuxu rejiminə riayət edilməsi və hər gün "koqnitiv sükut" anlarının yaradılması daxildir. Bütün ekspertlər keyfiyyətli yuxunu koqnitiv sağlamlığın ən mühüm amillərindən biri hesab edirlər. Bu məsələdə hər gün eyni vaxtda yatmaq və oyanmaq vərdişi köməyə çatır. Xüsusilə yuxudan əvvəl qadcetlərdən istifadəni məhdudlaşdırmaq olduqca faydalıdır, çünki ekranlardan yayılan mavi işıq və artıq yüklənmə yuxunu tənzimləyən hormonların ifrazında pozuntulara yol aça bilər.
Ümumi və xüsusilə mental sağlamlığın digər vacib komponenti isə müntəzəm fiziki aktivlikdir. Daimi yüklənmələr qan dövranını və beynin oksigenlə təchizatını dəstəkləməyə kömək edir, uzun müddət oturmaq isə əksinə, beyin funksiyalarına mənfi təsir göstərir. Beyin sağlamlığı üçün lazımi dərəcədə qiymətləndirilməyən amillərdən biri də "koqnitiv sükut" dövrləridir. İnsanın zaman-zaman özünü daimi informasiya axınından və bildirişlərdən təcrid etməsi zəruridir. Davamlı olaraq onlayn qalmaq beyni daim yüksək hazırlıq vəziyyətində olmağa məcbur edir. Həddindən artıq gərginlikdən beyin zəifləyir, bu da öz növbəsində emosional fona təsir edərək təşviş hissi yaradır, buna görə də mütləq fasilələr verilməlidir.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668