AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin təşkilatçılığı ilə “Türklərin xalq təbabəti” mövzusunda dəyirmi masa keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə çıxış edən institutun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev tədbirin əhəmiyyətindən danışaraq, türk xalqlarının zəngin xalq təbabəti ənənələrinin müqayisəli və kompleks şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.
Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu türk xalqlarının etnoloji irsi və bu irsdə xalq təbabətinin yeri barədə fikirlərini bölüşdü. Güllü Yoloğlu türk xalqlarının mənəvi aləmində, məişətində xalq təbabəti ilə bağlı oxşarlıqların olduğunu vurğuladı və maraqlı bir faktı xatırlatdı: “Hələ 1998-ci ilin yayında Tıvaya səfərimiz zamanı kəklikotunun yandırılaraq tüstüsünün ətrafa verildiyinin, bunun şər qüvvələrin, xəstəliyin, gözdəymənin qarşısını almaq məqsədilə edildiyinin şahidi olmuşduq. Tıva xamlarına (şamanlara) deyəndə ki, Azərbaycanda kəklikotunu xörəyə tökür, çayını dəmləyib içirlər, onlar həm təəccüblənmiş, həm də bunun daha doğru, daha yaxşı olduğunu, içəridən, daxildən insanı qoruduğunu söylədilər”.
Tədbirdə iştirak edən qazaxıstanlı mütəxəssis, etno-psixoloq, “Atamın Əmanəti” ictimai birliyinin həmtəsisçisi Aliyə Saqımbayeva “Türk xalqlarının xalq təbabəti etnokultural və psixoterapevtik perspektivdə: ənənələr, mənalar və müasir tətbiq” mövzusunda məruzə ilə çıxış edib. O, ənənəvi müalicə üsullarının müasir dövrdə tətbiq perspektivi haqqında, Qazaxıstanda geniş yayılmış xalq müalicə üsulları haqqında məlumat verib, Qazaxıstan və Azərbaycanın ənənəvi xalq təbabəti müstəvisində maraqlı müqayisələr aparıb.
Manual-terapiya üzrə mütəxəssis Sara Şərifova “Azərbaycan türklərinin xalq təbabəti” mövzusunda çıxış edərək, qədim müalicə metodlarının bu gün də aktuallığını qoruduğunu bildirib.
Dəyirmi masa çərçivəsində iştirakçılar arasında türk xalqlarının xalq təbabəti ilə bağlı fikir mübadiləsi aparılıb, mövzu ətrafında müzakirələr təşkil olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654