Anadangəlmə əl və ayaq qüsuru olan uşaq Tədris Cərrahiyyə Klinikasında uğurla əməliyyat olunub
29 Aprel 2026
448
ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin cərrahı, assistent Vüqar Məhəmmədov tərəfindən hər iki əlində sindaktiliya (barmaqların birləşik olması) diaqnozu qoyulan uşağın cərrahi müalicəsi icra olunub.
Azmedinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, sindaktiliya kifayət qədər tez-tez rast gəlinən anadangəlmə inkişaf qüsurlarından biridir. Pasiyentdə yalnız əllərdə deyil, ayaqlarda da əlavə barmaq və barmaqların birləşik olması müşahidə edilib ki, bu hal polisindaktiliya adlanır.
Cərrahi planlamaya əsasən, ilkin mərhələdə əllər üzərində əməliyyat həyata keçirilib. Əməliyyatdan sonra ilkin bərpa dövrü tamamlandıqdan təxminən 6 ay sonra ayaqlarda olan patologiyanın aradan qaldırılması üçün növbəti mərhələnin icrası nəzərdə tutulur.
Vüqar Məhəmmədov bildirib ki, bütün cərrahi müdaxilələrdə olduğu kimi, bu əməliyyatın da müəyyən riskləri mövcuddur. Bəzi hallarda dəri çatışmazlığı yarandıqda dəri köçürülməsi tətbiq oluna bilər. Lakin pasiyentdə daha yüngül forma – əsasən dəri tipli sindaktiliya müşahidə olunduğundan əməliyyatın uğurlu nəticələnməsi gözlənilir.
Həkim qeyd edib ki, bu tip hallarda uşaqların 1 yaşında müayinəyə gətirilməsi vacibdir. Əməliyyat üçün ən uyğun dövr adətən 12–14 ay aralığı hesab olunur. Bununla belə, son qərar patologiyanın növü və ağırlıq dərəcəsinə əsasən verilir.
Əməliyyatdan sonrakı dövrdə 4–6 həftə ərzində sarğı tətbiq edilir, daha sonra tikişlər açılır və reabilitasiya mərhələsinə başlanılır. Bu mərhələdə müalicəvi gimnastika və barmaqların hərəkətliliyini bərpa edən məşqlər xüsusi əhəmiyyət daşıyır. Çapıqlaşma və hərəkət məhdudluğunun qarşısını almaq məqsədilə bəzi hallarda uzunmüddətli əlavə müalicə də tövsiyə olunur.
Mütəxəssis onu da vurğulayıb ki, sindaktiliya bəzi hallarda genetik mənşəli ola bilər. Belə ki, pasiyentin ailə üzvlərindən birində də eyni patologiya müşahidə edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650