Son illərdə mediada həkimlər, səhiyyə sistemi və xəstəxanalar haqqında yayılan neqativ və nifrət dolu paylaşımlar cəmiyyətin düşüncə mühitinə ciddi təsir göstərməkdə idi. Təəssüf ki, bir çox tibbi ağırlaşma dərhal və qəti şəkildə həkimlərin və ya səhiyyə sisteminin xətası kimi təqdim olunur, emosional və günahlandırıcı yanaşmalar üstünlük təşkil edirdi.
Bu cür düşüncə tərzinin acı nəticələri artıq özünü göstərdi. Milli Onkologiya Mərkəzində baş verən faciə bir vətəndaşımızın həyatını itirməsi və həkim Asif Nəsirlinin ağır yaralanması hamımız üçün ciddi bir xəbərdarlıq olmalıdır. Vəfat edən vətəndaşımıza rəhmət diləyir həkim həmkarımıza təcili şəfalar diləyirik.
Unutmamalıyıq ki, tibb mükəmməl deyil; hər müdaxilə risk daşıyır, hər nəticə isə bəzən gözlənildiyi kimi olmaya bilər. Bu reallığı çox dəqiq ifadə edən William Osler belə deyirdi: “Tibb qeyri-müəyyənliyin elmidir və ehtimalın sənətidir.”
Digər tərəfdən, informasiya məkanının gücü və məsuliyyəti də danılmazdır. Bunu media peşəkar media işçiləri daha dəqiq bilməli və diqqət etməlidir. Malcolm X-in məşhur fikrini xatırlamaq yerinə düşər: “Əgər diqqətli olmasanız, media sizi zalımı sevməyə və məzlumdan nifrət etməyə məcbur edə bilər.”
Nifrət, kin və aqressiya nə ədalət gətirir, nə də həqiqəti üzə çıxarır. Əksinə, bu duyğular cəmiyyəti daha dərin uçuruma sürükləyir və bu gün yaşanan kimi faciələrə zəmin yaradır.
Cəmiyyət olaraq daha məsuliyyətli olmalı, hadisələrə emosiyalarla deyil, anlayış və sağlam düşüncə ilə yanaşmağı öyrənməliyik. Həkimlər insan həyatını qorumaq üçün çalışan insanlardır, onların da təhlükəsizliyi qorunmalıdır.
Altay Əliyev
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, onkoloq
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650