Gülnaz Dadaşova: Məqsədimiz kardiologiya sahəsindəki ən son elmi yenilikləri regionlara daşımaq və tibbi əlçatanlığı artırmaqdır
05 May 2026
518
Naxçıvan şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Naxçıvanın Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 4–5 may tarixlərində ilk dəfə “Naxçıvan Sağlamlıq Günləri” və “1-ci Naxçıvan Kardioloji Forumu” tədbirləri keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi region əhalisinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, profilaktik müayinələrin genişləndirilməsi, eləcə də səhiyyə sahəsində müasir elmi nailiyyətlərin tətbiqinin təşviq edilməsindən ibarət olub.
Layihə çərçivəsində 4 may tarixində vətəndaşlar üçün genişmiqyaslı profilaktik tibbi müayinələr aparılıb, eyni zamanda tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə təlim kursları təşkil olunub.
Növbəti gün Naxçıvan Muxtar Respublika Xəstəxanasında “1-ci Naxçıvan Kardioloji Forumu” öz işinə başlayıb.
Əvvəlcə Forum iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Forumda Naxçıvan Muxtar Respublikasının səhiyyə rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşadət Nabatov iştirakçıları salamlayaraq forumun işinə uğurlar arzulayıb.
Forumda çıxış edən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova qeyd edib ki, bu təşəbbüsü ilk dəfə olaraq Naxçıvanda genişmiqyaslı şəkildə həyata keçirməkdə məqsədimiz kardiologiya sahəsindəki ən son elmi yenilikləri regionlara daşımaq, tibbi xidmətin keyfiyyətini yüksəltməklə yanaşı, əhaliyə yerindəcə yüksəkixtisaslı diaqnostik dəstək göstərməkdir: "Hesab edirəm ki, bu formatda keçirilən tədbirlər həm yerli kadrların peşəkarlığının artırılmasına, həm də ürək-damar xəstəliklərinin erkən diaqnostikasına mühüm töhfə verəcəkdir."
Forum çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub, təqdimatlar edilib. Tədbir Səhiyyə Nazirliyi tərəfindən 15 DTT ilə akkreditasiya olunub.
Tədbirin gələcək illərdə də uğurla davam etdirilməsi və bölgədə tibbi xidmət keyfiyyətinin yüksəldilməsində rolu hədəflənir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654