"German Diabetes Center" alimləri tərəfindən aparılan araşdırma göstərib ki, ikinci tip diabet yeni aşkarlanan pasiyentlərdə artıq erkən mərhələdə qlükaqon hormonunun səviyyəsi yüksəlir.
Azmedinfo.az "Diabetes Care" jurnalında dərc olunan tədqiqata diqqət çəkib.
İkinci tip diabetlə bağlı araşdırmalar adətən qanda şəkərin səviyyəsini tənzimləyən insulin hormonuna yönəlir. Lakin digər mühüm hormon olan qlükaqon da mövcuddur. Bu hormon insulinə əks təsir göstərərək qaraciyəri qlükozanı qana buraxmağa məcbur edir. Normal halda insulin və qlükaqon arasında tarazlıq qorunur. Ancaq ikinci tip diabet bu mexanizmi pozur.
Mütəxəssislər yeni aşkarlanmış ikinci tip diabeti olan 50 yetkin şəxsin və qlükoza mübadiləsində pozğunluğu olmayan eyni sayda insanın məlumatlarını təhlil ediblər. Məlum olub ki, yeməkdən sonra diabetli iştirakçılarda qlükaqonun səviyyəsi sağlam insanlarla müqayisədə 75 faiz daha yüksək olub.
Ən diqqətçəkən məqam isə hormon səviyyəsinin artmasının əvvəllər düşünüldüyü kimi insulinə qarşı müqavimətlə deyil, əsasən qaraciyərin piylənməsi ilə əlaqəli olmasıdır.
Tədqiqatçılar hesab edirlər ki, qaraciyər hüceyrələrində toplanan piy toxuması orqanın qlükaqona həssaslığını azalda bilər. Nəticədə isə orqanizm daha çox qlükaqon istehsal etməyə başlayır. Mütəxəssislər bu vəziyyəti “qaraciyərin qlükaqona rezistentliyi” adlandırırlar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654