Optik eynəklər xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır, çünki keyfiyyətsiz və yanlış seçilmiş eynək istifadəsi gözdə geri dönülməz problemlərin yaranmasına səbəb ola bilər.
Azmedinfo.az xəbər verir ki, ekspertlərin araşdırmalarından göründüyü kimi, bəzən insanlar optik eynək seçimində həkimlə məsləhətləşmək əvəzinə, sadəcə satış məntəqələrindən görünüşcə bəyəndikləri hazır eynəkləri almağa üstünlük verirlər. Lakin bu cür hazır eynəklərdə hər iki şüşənin dərəcəsi eyni olur ki, bu da hər kəs üçün uyğun deyil. Əgər şəxsdə gözlərin görmə zəifliyi dərəcələri bir-birindən fərqlidirsə, eyni dərəcəli eynəklərdən istifadə görmə zəifliyinin daha da artmasına, həmçinin xroniki göz və baş ağrılarına yol açır. Bir sözlə, optik eynək seçimində verilmiş özbaşına qərar sağlamlığa fayda vermək əvəzinə, ona mənfi təsir göstərir.
Bu səbəbdən eynək alarkən məhsulun keyfiyyət sənədinin olması olduqca məqsədəuyğundur. Həmin sənədlərdə şüşənin materialı və eynəyin gözləri ultrabənövşəyi şüalardan nə dərəcədə qoruması haqqında dəqiq məlumatlar əks olunur. Seçim zamanı eynəyin çəkisinə və rənginə də xüsusi fikir verilməlidir. Yüngül çəkili eynəklər həm burun sümüklərinə, həm də qulaq nahiyəsinə daha az təzyiq edərək rahat istifadəni təmin edir. Eyni zamanda, istifadəni asanlaşdırmaq üçün uzaqdan görmə eynəklərinin çərçivəsinin daha böyük, yaxından görmə eynəklərinin isə daha ensiz olması tövsiyə edilir.
Nəzərə almaq lazımdır ki, keyfiyyətsiz eynəklər gözdə quruluğa, sulanmaya və hətta kataraktaya səbəb ola bilər. Xüsusilə eynəyin şüşəsi həddindən artıq tünd olduqda, bu bəbəyin genəlməsinə, büllurun bulanmasına və nəticədə görmə qabiliyyətinin kəskin zəifləməsinə şərait yaradır. Odur ki, göz sağlamlığını qorumaq üçün eynək təyinatı yalnız peşəkar oftalmoloqlar tərəfindən həyata keçirilməlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654