Çin mənşəli “ba duan jin” praktikası – yavaş hərəkətlər, nəfəs məşqləri və meditasiya elementlərini birləşdirən sistem arterial təzyiqin azaldılması üçün tövsiyə olunur.
Azmedinfo.az JACC (Journal of the American College of Cardiology)-də dərc olunan geniş klinik tədqiqatın nəticələrinə diqqət çəkərək, sözügedən üsulun sürətli yerimə ilə demək olar ki, eyni dərəcədə effektiv olduğunu bildirir.
Yüksək arterial təzyiq ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biri hesab olunur. Həkimlər adətən təzyiqin nəzarətdə saxlanması üçün fiziki aktivliyi tövsiyə etsələr də, bir çox insanın müntəzəm idman üçün vaxtı və ya imkanı olmur.
“Ba duan jin” ənənəvi Çin gimnastikası olub, səkkiz ardıcıl hərəkətdən ibarətdir. Bu sistemdə orta intensiv aerob yük, dartınma hərəkətləri, izometrik məşqlər və şüurlu nəfəs texnikaları birləşir. Məşqlər adətən 10–15 dəqiqə davam edir və xüsusi avadanlıq tələb etmir.
Tədqiqata 40 yaşdan yuxarı, sistolik təzyiqi 130–139 mm civə sütunu arasında olan 216 nəfər cəlb olunub. İştirakçılar üç qrupa bölünüb: bir qrup “ba duan jin” məşqləri edib, ikinci qrup sürətli yerimə ilə məşğul olub, üçüncü qrup isə fiziki aktivliyi sərbəst seçib.
“Ba duan jin” qrupunda məşqlər həftədə 5 gün aparılıb. Üç ay sonra bu iştirakçılarda sutkalıq sistolik təzyiqin orta hesabla 3 mm civə sütunu azalması müşahidə olunub, ümumi göstəricilərdə isə 5 mm civə sütununa qədər eniş qeydə alınıb. Bu təsir bir il sonra da davam edib.
Nəticələr bəzi hipertoniya dərmanlarının təsirinə bənzər və ya sürətli yerimə ilə müqayisə oluna biləcək səviyyədə olub. Mütəxəssislər bildirirlər ki, bu gimnastika sadə, təhlükəsiz və gündəlik profilaktika üçün rahat tətbiq edilə bilən bir üsuldur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654