Ginekoloq-cərrah əkiz hamiləliklərdə yaranan təhlükələrdən danışdı
15 May 2026
516
ATU-nun I mamalıq-ginekologiya kafedrasının mama-ginekoloqu, Tədris Cərrahiyyə Klinikasının ginekoloq-cərrahı Səidə Vəliyeva əkiz hamiləliklərin yüksək riskli hamiləliklər sırasına aid olduğunu bildirib.
Azmedinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, bir döllü hamiləliklə müqayisədə əkiz hamiləliklərdə ağırlaşmalara daha tez-tez rast gəlinir.
Mütəxəssis qeyd edib ki, belə hallarda ağır toksikoz, ağır gedişli preeklampsiya, erkən və gec düşük, vaxtından əvvəl doğuş, döllərin az və ya ekstremal az çəkidə doğulması, anatomik anomaliyalar, fetofetal transfuziya sindromu, döllərin bətndaxili inkişaf ləngiməsi, neonatal və yeni doğulan ölümü kimi ciddi problemlər yarana bilər. Buna görə də əkiz hamiləliklər xüsusi diqqət və ciddi nəzarət tələb edir.
Həkim vurğulayıb ki, əkiz hamilə qadınlar həkim müayinəsinə daha tez-tez gəlməli, rutin yoxlanışlarla yanaşı əlavə müayinələrdən də keçməlidirlər. Məqsəd ana və döllərdə yarana biləcək ağırlaşmaların qarşısını vaxtında almaqdır. Ağırlaşma aşkarlanarsa, hamilə patologiyalar şöbəsinə yerləşdirilərək nəzarətdə saxlanılmalıdır.
Səidə Vəliyevanın sözlərinə görə, hazırda nəzarətdə olan pasiyentdə erkən həftələrdə düşük təhlükəsi müşahidə olunub. Hamiləliyin 28-ci həftəsindən etibarən uşaqlıq boynunda qısalma qeydə alınıb, 30-cu həftədə isə uşaqlıq boynunun uzunluğu 9 mm olub. Pasiyent Tədris Cərrahiyyə Klinikasının patologiyalar şöbəsinə yerləşdirilərək müvafiq müayinə, qulluq və müalicə ilə təmin edilib. Hazırda hamiləlik 35 həftə 3 günlükdür. Ana və hər iki dölün vəziyyəti qənaətbəxşdir. Həkim bildirib ki, əkizlər bixorionik-biamniotikdir, yəni hər iki dölün ayrıca cift və su kisəsi mövcuddur.
Həkim qeyd edib ki, əkiz hamiləliklərdə mütəmadi tibbi nəzarət ana və körpələrin sağlamlığının qorunmasında mühüm rol oynayır. Vaxtında aparılan müayinə və müalicə sayəsində bir çox ağırlaşmaların qarşısını almaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654