Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasında müasir biokimya və molekulyar biologiyanın aktual istiqamətlərini əhatə edən yeni elmi nəşrlərin təqdimatı keçirilib. Yeni kitablar həm tədris prosesinin zənginləşdirilməsi, həm də elmi tədqiqatların dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azmedinfo.az xəbər verir ki, təqdim olunan nəşrlər sırasında Gülnarə Əzizova, Nərmin Bayramova və Fərəh Məmmədovanın həmmüəllifi olduqları “Apoptoz və hüceyrə zədələnmələrinin biokimyəvi mexanizmləri” adlı monoqrafiya xüsusi yer tutur. Kitab hüceyrə ölümünün molekulyar əsaslarını, patoloji proseslərdə apoptozun rolunu və hüceyrə zədələnmələrinin biokimyəvi mexanizmlərini geniş elmi izahla təqdim edir.
Eyni zamanda Səbinə Quliyevanın müəllifi olduğu “Enzimologiyanın müasir aspektləri” kitabı ferment sistemlərinin funksional xüsusiyyətlərini, onların metabolik proseslərdə rolunu və müasir biotexnologiyada tətbiq imkanlarını əhatə edir. Nəşr enzimologiya sahəsində son elmi yenilikləri sistemləşdirərək tələbə və tədqiqatçılar üçün mühüm metodoloji baza yaradır.
Gülnarə Daşdəmirova tərəfindən hazırlanan “Membranologiya və hüceyrələrarası əlaqə” adlı əsər isə hüceyrə membranlarının quruluşu, funksiyaları və hüceyrələrarası siqnal ötürülməsi mexanizmlərini ətraflı şəkildə izah edir. Kitab müasir hüceyrə biologiyasının əsas problemlərinə elmi yanaşma təqdim etməsi ilə seçilir.
Kafedrada təqdim olunan bu nəşrlər biologiya, tibb və biokimya sahəsində təhsil alan tələbələr, magistrantlar, doktorantlar və elmi tədqiqatçılar üçün etibarlı və fundamental mənbə kimi dəyərləndirilir. Müəlliflər bildirirlər ki, məqsəd müasir elmi biliklərin sistemləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq səviyyəli elmi ədəbiyyata çıxış imkanlarının genişləndirilməsidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654