Ailəvi transplantasiya və kollektiv məsuliyyət
18 May 2026
704
Transplantasiyanı elmin möcüzəsi adlandırırlar. Bu möcüzəni mümkün edən real faktorlar var: sistemli səhiyyə idarəçiliyi, düzgün koordinasiya, müasir infrastruktur və yüksək ixtisaslı kadr potensialı.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin növbəti paylaşımını təqdim edir:
Bir ailənin iki övladının eyni dönəmdə orqan köçürülməsi kimi mürəkkəb bir sınaqdan keçməsi Azərbaycan tibbinin həm logistik çevikliyini, həm də elmi potensialının zirvəsini nümayiş etdirir.
Hər şey Aybəniz xanıma gələn o sarsıdıcı zənglə başladı: “Qızınızın halı pisləşib...” Bir ananın dünyasını qaraldan bu xəbər, əslində daha böyük bir sınağın başlanğıcı idi. Müayinələr amansız bir həqiqəti üzə çıxardı: ailənin hər iki övladı – Ruslan və Nazlı Vilson xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlik artıq gecikmiş mərhələ qaraciyər sirrozuna səbəb olmuşdu. Hər iki uşaq üçün tək çıxış yolu var idi: təcili qaraciyər transplantasiyası.
Aybəniz xanım onu narahat edən ilk sualı həkimlə bölüşdü: “Doktor, bəs bunun ödənişi necə olacaq?” Çünki söhbət dünyanın ən mürəkkəb və ən bahalı əməliyyatlarından gedirdi. Aldığı cavab ailə üçün ikinci bir həyatın qapısını açdı:“Heç nə ödəməyəcəksiniz. Artıq bütün bu əməliyyatlar İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir. Sizin tək etməli olduğunuz uşaqlar üçün donor tapmaqdır.”
Dövlət dəstəyini bu qədər yaxından hiss etmək Aybəniz xanımın çarəsizliyini böyük bir ümidə və uğurlu sonluğa olan inama çevirdi.
Mübarizədə ilk addım Ruslanın payına düşdü. Yaxın qohumunun bağışladığı orqan ona uğurla köçürüldü; Ruslan qısa müddətdə sağalaraq evinə döndü. Ardınca növbə 16 yaşlı Nazlıya çatdı. Ona isə xalası donor oldu. Eyni peşəkarlıq, eyni diqqət və eyni dövlət qayğısı ilə Nazlı da ölümün pəncəsindən xilas edildi. Hər iki transplantasiya əməliyyatı ölkənin tanınmış cərrah-transplantoloqu Mircəlal Kazımi tərəfindən icra olundu.
Bu prosesdə dəqiq təşkil olunmuş koordinasiya mexanizmi də həlledici rol oynayıb. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirir:“Canlı donor transplantasiyalarında uğurlu nəticənin əldə olunmasında donorun seçilməsi, tibbi uyğunluğun qiymətləndirilməsi, əməliyyatın planlaşdırılması və müxtəlif tibb komandalarının fəaliyyətinin vahid mərkəzdən koordinasiya olunması mühüm rol oynayır. Belə mürəkkəb hallarda hər bir detalın vaxtında və düzgün idarə olunması xəstələrin həyatının xilas edilməsində həlledici əhəmiyyət daşıyır.”
Bu iki mürəkkəb nəql prosesindən də aydın olur ki, tibbi infrastrukturumuz ən riskli vəziyyətlərdə belə saat mexanizmi kimi dəqiq işləyir. Düzgün koordinasiya, mütəxəssis biliyi, texnoloji təchizat və dövlət qayğısı bir nöqtədə birləşərək vətəndaşların sağlamlığının qorunmasını təmin edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650