Anesteziya təhlükəlidirmi? – Mütəxəssis cəmiyyətin qorxularına aydınlıq gətirib
18 May 2026
474
Tədris Cərrahiyyə Klinikasının anestezioloqu Famil Mustafa anesteziya ilə bağlı cəmiyyətdə formalaşan qorxu və narahatlıqlara münasibət bildirib, həmçinin anesteziya növləri və onların tətbiqi barədə məlumat verib.
Azmedinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, cəmiyyətdə anesteziyaya qarşı psixoloji qorxu və narahatlıq halları mövcuddur. Bu isə əsasən yanlış məlumatlar və xəbərlərlə əlaqələndirilir.
Həkim bildirib ki, müasir tibbdə istifadə olunan anesteziya preparatları və avadanlıqlar sayəsində əməliyyatların maksimum təhlükəsiz şəkildə aparılması mümkündür. Onun sözlərinə görə, anesteziya digər tibbi prosedurlar kimi müəyyən risklər daşısa da, bu risklər ciddi nəzarət altında minimuma endirilir.
Anesteziyanın növü əməliyyatın xarakterinə, xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti və digər tibbi göstəricilərə əsasən fərdi şəkildə seçilir. Lokal anesteziya daha kiçik müdaxilələrdə, ümumi anesteziya isə daha geniş və mürəkkəb əməliyyatlarda tətbiq olunur.
Onun sözlərinə görə, hər bir pasiyent üçün dərman dozası və preparat seçimi fərdi yanaşma ilə həyata keçirilir və bu proses ciddi tibbi protokollara əsaslanır.
Həkim həmçinin vurğulayıb ki, “narkozdan ölüm” kimi ifadələr elmi baxımdan düzgün deyil. Belə hallar yalnız ciddi tibbi vəziyyətlərdə və ya protokollara əməl olunmadıqda yarana bilər. Müasir praktikada anesteziya nəzarətli və təhlükəsiz şəkildə icra olunur.
Sonda qeyd olunub ki, anesteziya zamanı pasiyentin tam təhlükəsizliyi təmin edilir və bütün əməliyyatlar peşəkar nəzarət altında həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654