Anevrizma xəbərdarlığına rəğmən nənə nəvəsinə donor oldu
22 May 2026
728
Yeniyetmə Vüqar Qiyasovun bel və baş ağrılarından sonra həkimlərin müayinələri nəticəsində onun 5-ci dərəcəli böyrək çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib. Xəstə bir müddət dializ alıb və həkimlər böyrək nəqlini vacib biliblər.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına istinadən yazır ki, analizlər nəticəsində 16 yaşlı Vüqara donor kimi yalnız nənəsi Şahnaz xanım uyğun gəldi. O heç tərəddüd etmədən nəvəsi üçün donor olmağa razılaşdı.
Əməliyyat zamanı maraqlı və tibbi baxımdan spesifik bir vəziyyətlə qarşılaşıldı. Transplantoloq-cərrah Tariyel Nadirovun sözlərinə görə, əməliyyatdan əvvəl donor böyrəyində damar anevrizması aşkarlandı. Bu halda böyrək köçürüldükdən sonra həmin damar yırtıla bilərdi, bu da həm resipiyentin (nəvənin) həyatı üçün risk yaradar, həm də köçürülən orqanın itirilməsinə gətirib çıxarardı. Lakin fərqli bir cərrahi yanaşma tətbiq olundu. Həkimlər xüsusi cərrahi müdaxilə ilə anevrizmanı aradan qaldıraraq damarı bərpa etdilər və daha sonra böyrək uğurla Vüqara köçürüldü.
Hazırda əməliyyatdan xeyli müddət keçib. Həm nənə, həm də nəvə mütəmadi kontrollardan keçir və hər ikisinin vəziyyəti stabildir.
Ailə bu çətin yolda onlara dəstək olan hər kəsə minnətdardır: “Əvvəlcə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində qeydiyyata düşdük. Oradakı kollektivin isti münasibətini və operativ koordinasiyanı unuda bilmərəm. Peşəkar həkim heyəti də əməliyyatı uğurla icra etdi.”
Transplantasiya insanlara sağlamlığını qaytaran əsl tibbi möcüzədir. Azərbaycan həkimləri bu möcüzəni reallığa çevirərək insanlara sağlamlıq və sevinc bəxş edirlər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654