Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
26 May 2026, Çərşənbə axşamı, 08:11
Əlaqə vasitələri
Bizimlə əlaqə
5 aylıq körpə üzərində nadir ürək əməliyyatı uğurla icra olunub
25 May 2026
90
5 aylıq körpə üzərində nadir ürək əməliyyatı uğurla icra olunub

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Nəsimi Cabbarov tərəfindən ağciyər arteriyası qapağının stenozu diaqnozu qoyulmuş 5 aylıq körpə üzərində qapalı üsulla müdaxilə həyata keçirilib.

 

Azmedinfo.az xəbər verir ki, əməliyyat zamanı balon valvuloplastika proseduru icra olunaraq qapaq nahiyəsindəki daralma aradan qaldırılıb və ağciyər arteriyasında qan axınının normallaşdırılması təmin edilib. Bu minimal invaziv üsul açıq ürək əməliyyatına ehtiyac olmadan qapaq funksiyasının bərpasına imkan verib.

 

Həkimlərin məlumatına görə, müdaxilə uğurla keçib və körpənin hemodinamik göstəricilərində müsbət dinamika müşahidə olunub. Hazırda pasiyentin vəziyyəti stabil olaraq qalır və o, tibb personalının ciddi nəzarəti altında saxlanılır.

 

Postoperativ müalicə və müşahidə prosesi davam etdirilir. Həkimlər yaxın günlərdə körpənin vəziyyətinin tam stabilləşəcəyini gözləyirlər.

Ən çox oxunanlar