“Ümumilikdə uşağa hər əsas qida qəbulu zamanı – səhər yeməyi, nahar və şam yeməyində 1–2 orta ölçülü tikə çörək vermək olar. Çörək ayrıca və ya az yağlı, daha yaxşısı zülal tərkibli məhsullarla hazırlanmış sendviç şəklində təqdim edilə bilər”, – deyə həkim məsləhət görür.
Azmedinfo.az "Arqumentı i faktı! nəşrinə istindaən yazır ki, həkimin sözlərinə görə, çörəklə birlikdə bir dilim pendir, qaynadılmış ət və ya quş əti vermək məqsədəuyğundur. Zərurət yarandıqda çox az yağlı bişmiş kolbasadan da istifadə etmək olar. Lakin pendir və kolbasanın eyni sendviçdə birləşdirilməsi tövsiyə edilmir. Bunun əvəzində kərə yağı və pendirlə hazırlanmış çörək uşaqlar üçün məqbul seçim hesab olunur.
Əgər uşaq şirin dadlara üstünlük verirsə, ona az şəkərli cem və ya mürəbbə ilə hazırlanmış sendviç təklif etmək mümkündür. Ancaq bu cür məhsulların miqdarı məhdudlaşdırılmalı, gündə bir sendviçdən artıq verilməməlidir. Pendirli isti sendviçlərə də icazə verilsə də, mayonez, ketçup və digər souslarla hazırlanmış çörək məhsulları sağlam qidalanma prinsiplərinə uyğun hesab edilmir.
Pediatr vurğulayır ki, sendviçlər ayrıca qəlyanaltı kimi deyil, əsas yeməklərin tərkib hissəsi kimi qəbul edilməlidir. Həmçinin onları səhər yeməyinin və ya ara qidalanmanın tam əvəzedicisi kimi istifadə etmək düzgün deyil. Ara qidalanma üçün meyvə, tərəvəz və müxtəlif taxıl çörəkcikləri daha faydalı seçimlər sayılır.
Qaynadılmış və ya hisə verilmiş kolbasa, həmçinin hisə verilmiş və duzlu balıqla hazırlanan sendviçlər gündəlik qidalanma üçün uyğun deyil. Bu cür qidalar daha çox bayram və xüsusi günlər üçün nəzərdə tutulmalı, ayda bir-iki dəfədən artıq verilməməlidir. Əksinə, pendirli, cemli və ya kərə yağlı sendviçlər uşağın gündəlik rasionunda yer ala bilər.
Qida mütəxəssisləri uşaqlar üçün çörək seçərkən etiketə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Bildirilir ki, məhsulun tərkibində konservantlar, emulqatorlar və dadı yaxşılaşdıran digər əlavə maddələr olmamalıdır. Ən ideal seçim isə tərkibi sadə olan məhsullardır: un, su, duz, maya və ya xəmir mayası.
Mütəxəssislərin fikrincə, lif baxımından ən zəngin çörəklər arasında çovdar çörəyi və tam taxıllı çörəklər xüsusi yer tutur.
Bu barədə Ruysiyanın Qida Sənayesi Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşı və direktor müavini Olesya Savkina məlumat verərək bildirib ki, bu növ məhsullar uşaqların qidalanması üçün daha faydalıdır.
Onun sözlərinə görə, buğda çörəyində zülal miqdarı daha yüksək olsa da, çovdar çörəyi daha geniş spektrli faydalı qida komponentlərinə malikdir. Məsələn, üç dilim çovdar çörəyində təkcə B qrup vitaminlərinin gündəlik normasına yaxın miqdar deyil, həm də bir almadan daha çox dəmir elementi mövcuddur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654