Pediatriya İnstitutunda ağır vəziyyətdə olan iki azyaşlıya uğurlu tibbi yardım göstərilib
10 İyun 2026
364
1 saylı Körpələr Evindən ağır vəziyyətdə olan azyaşlı uşaq təcili olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.
Azmedinfo.az xəbər verir ki, uşaq institutun Vaxtından Əvvəl Doğulmuşların Patologiyası şöbəsinə yerləşdirilərək şöbə müdiri və institut rəhbərliyinin birbaşa nəzarəti altında 16 gün stasionar müalicə alıb.
Azyaşlıya dərhal zəruri tibbi yardım göstərilib, kompleks müayinə və müalicə tədbirləri həyata keçirilib. İnstituta qəbul olunduğu zaman çəkisi cəmi 2 kq olan körpənin vəziyyətinin yaxşılaşdırılması istiqamətində peşəkar tibbi müdaxilələr aparılıb. Görülən tədbirlər nəticəsində uşağın ümumi vəziyyəti yaxşılaşıb və çəkisi 3000 qrama qədər artıb.
Müalicə kursu uğurla başa çatdıqdan sonra azyaşlı yenidən 1 saylı Körpələr Evinə təhvil verilib.
Digər azyaşlı isə bir həftədir davam edən yüksək hərarət, öskürək, qusma və ishal şikayətləri ilə valideynləri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb. Uşaq daha əvvəl özəl tibb müəssisəsində müayinə və müalicə alıb, lakin aparılan müalicəyə baxmayaraq vəziyyətində yaxşılaşma müşahidə edilməyib. Bu səbəbdən ixtisaslaşmış tibbi yardım göstərilməsi məqsədilə ETPİ-yə gətirilib, Somatika şöbəsinə yerləşdirilib.
Şöbə müdirinin nəzarəti altında müvafiq müayinə və müalicə tədbirlərinə başlanıldıqdan sonra artıq bir gün ərzində uşağın hərarəti normallaşıb, ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub, iştahı artıb və klinik əlamətlərində müsbət dinamika qeydə alınıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654