Şəkər sözünü eşitdikdə adətən ilk ağla gələn şokoladlar, karamel, tortlar və digər şirniyyat məhsulları olur, lakin təbii şəkər mənbəyi olan meyvələri də bu tənlikdə nəzərə almaq lazımdır. Mütəxəssislər meyvələrin şəkər baxımından xüsusi yeri olduğunu vurğulayır, çünki meyvədəki şəkər təbii fruktozadır və bədən tərəfindən peçenye və ya tortlardakı süni şəkərdən tamamilə fərqli şəkildə emal olunur. Eyni zamanda meyvələrin tərkibindəki zəngin liflər qlükozanın qan dövranına birdən-birə deyil, yavaş və tənzimlənmiş şəkildə daxil olmasını təmin edir.
Azmedinfo.az xəbər verir ki, endokrinoloq Fərhad Burzunun sözlərinə görə, meyvələrin şəkər tərkibi bir-birindən fərqli olduğundan bu göstərici sağlam qidalanmada olduqca önəmli bir rol oynayır: "Məsələn, böyük bir almada təxminən 25 qram şəkər vardır ki, bu da yüksək tərkibinə görə bəzi süd və şokolad məhsullarına bənzəyir. Digər tərəfdən, bananda bu rəqəm təxminən 15 qram, 1 fincan gilasda isə 19.7 qram şəkər səviyyəsindədir. Xüsusilə subtropik meyvələrdə, məsələn, manqo kimi növlərdə şəkər miqdarı çox yüksəkdir və bir ədəd manqo təxminən 46 qram şəkər daşıyır. Şirniyyatlarla müqayisədə olduqca yüksək olan bu rəqəmlərə görə gündəlik porsiyanın nəzarətdə saxlanılması vacibdir. Üzüm, portağal, armud, ananas və qarpız kimi meyvələrdə isə şəkər miqdarı orta səviyyədədir, lakin fruktozanın orqanizmdə parçalanması və istifadəsi uzun müddət ərzində baş verdiyi üçün porsiya olaraq çox qəbul edilən meyvələr qanda şəkər səviyyəsini uzun müddət yüksək saxlaya bilir".
Ekspert qeyd edir ki, meyvələrin tərkibindəki şəkər təbii və liflərlə birlikdə olduğu üçün onları ümumi şəkər mənbələri ilə eyni kateqoriyaya qoymaq düzgün olmasa da, bu reallıq həddindən artıq meyvə istifadəsinin tamamilə təhlükəsiz olduğu anlamına gəlmir: "İstənilən faydalı qidadan normadan çox istifadə etmək sağlamlığa ciddi zərər vura bilər. Xüsusilə şəkər xəstələri və ya qan şəkərini daim izləmək məcburiyyətində olan insanlar üçün meyvələrin şəkər tərkibi mühüm bir göstəricidir və bu şəxslər üçün meyvə seçimi ilə porsiya həcmi ciddi şəkildə nəzərə alınmalıdır. Ümumilikdə isə, sağlam insanlar üçün gündə təxminən 1 boşqab meyvə yemək məsləhət görülür və meyvə qəbul edərkən ölkəmizdə yetişən yerli meyvələrə mövsümi olaraq üstünlük vermək tövsiyə olunur".
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654