Böyrək transplantasiyası keçirən qadınların övlad dünyaya gətirməsi müasir tibbin ən böyük nailiyyətlərindən biri hesab olunur. Azərbaycanda bu sevinci və analıq xoşbəxtliyini yaşayanlardan biri də 1990-cı il təvəllüdlü Könül Cəlilovadır.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına istinadən yazır ki, gənc yaşlarında 5-ci dərəcəli xroniki böyrək çatışmazlığı diaqnozu ilə üzləşən Könülə anası donor olub. 2015-ci ildə icra edilən uğurlu transplantasiya əməliyyatı gənc qadının həm sağlamlığını, həm də gələcək xəyallarını özünə qaytarıb.
Əməliyyatdan iki il sonra ailə quran K.Cəlilova həkimlərinə olan sonsuz güvəni ilə ana olmaq yolunda ilk addımlarını atıb. İlk hamiləliyi zamanı yüksək arterial təzyiq və bəzi tibbi fəsadlar səbəbindən körpə bir qədər tez, 31-ci həftədə dünyaya gəlsə də, həkimlərin yüksək peşəkarlığı və ananın iradəsi sayəsində uşaq sağlam şəkildə həyata tutunub.
2022-ci ildə Könül Cəlilova ikinci dəfə ana olmaq həyəcanını yaşayıb. Bu dəfə daha təcrübəli olan ana, düzgün pəhriz və ciddi həkim nəzarəti sayəsində hamiləlik dövrünü problemsiz başa vurub. Onun ikinci övladı tam vaxtında, hamiləliyin 38-ci həftəsində dünyaya göz açıb.
Bu gün Könül xanım və onun iki sağlam övladı transplantologiyanın geniş imkanlarını göstərən ən real və uğurlu örnəkdir. Müasir tibb sübut edir ki, böyrək köçürülməsi ana olmağa maneə deyil. Əksinə, bu əməliyyat dializ dövründə reallaşması qeyri-mümkün görünən analıq arzusunu gerçəyə çevirir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650