Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, klinikada baş həkim Dilqəm Məmmədovun rəhbərliyi və bilavasitə iştirakı ilə tibbi komanda tərəfindən icra edilən üz iflici əməliyyatı uğurla nəticələnib.
Altı saatdan çox davam edən əməliyyat zamanı yüksək texnologiyalı super mikrocərrahiyyə metodu tətbiq olunaraq sinir köçürülməsi və əzələ transferi həyata keçirilib və nəticədə uzun müddət üz iflicindən əziyyət çəkən xəstənin funksional vəziyyəti bərpa olunub.
Xəstəlik səbəbindən mimiki hərəkətlərini tamamilə itirən, həm vizual, həm də funksional diskomfort yaşayan pasiyentdə üz əzələlərinin funksiyasının tam bərpa olunması onun cəmiyyətdə normal fəaliyyətini mümkün edib. Üç mərhələdə həyata keçirilən bu əməliyyat ölkəmizdə səhiyyə sisteminin inkişafının göstəricisi kimi qiymətləndirilir və belə ağır və mürəkkəb rekonstruktiv cərrahi müdaxilələrin artıq dövlət müəssisəsi səviyyəsində icra olunması səhiyyənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Bu gün artıq belə əməliyyatlar üçün xaricə müraciət edən vətəndaşlar həmin tibbi yardımı ölkə daxilində də əldə edə bilirlər. Səhiyyə Nazirliyinin dəstəyi ilə ADHTİ-nin nəzdində yaradılmış Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında bu cür mürəkkəb rekonstruktiv əməliyyatların icrası üçün müasir standartlara uyğun hər cür şərait mövcuddur və klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzi və üz rekonstruksiyası, eləcə də rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika və üz gərmə kimi estetik əməliyyatların icrası mümkündür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026790
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026758
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654