Meyit donorluğunun həyata keçirilməsində ən vacib mərhələlərdən biri prosesin düzgün, operativ və qüsursuz koordinasiya olunmasıdır. Orqan transplantasiyasında hər bir saniyə bir insanın həyatı ilə birbaşa bağlı olduğundan, bu prosesin vaxtında və dəqiq idarə edilməsi həlledici rol oynayır. Koordinasiya sistemi donorun müəyyənləşdirilməsindən başlayaraq orqanların uyğun resipiyentlərlə (orqan köçürülən şəxs) uyğunlaşdırılması, tibbi heyətin səfərbər edilməsi və əməliyyatların icrasına qədər bütün mərhələləri əhatə edən vahid zəncir kimi fəaliyyət göstərir.
Azmedinfo.az-a verilən məlumata görə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova bildirir ki, meyit donorluğu yüksək səviyyədə logistika və dərin mənəvi məsuliyyət tələb edən mürəkkəb idarəetmə prosesidir.
Onun sözlərinə görə, beyin ölümü təsdiqləndiyi andan etibarən orqanların bioloji funksiyasının qorunması üçün regional şöbələrin, laboratoriyaların və cərrahiyyə komandalarının eyni vaxtda və təxirəsalınmaz şəkildə səfərbər olunması vacibdir. Komandalararası operativ əlaqə və koordinasiya bu sistemin uğurunu müəyyən edən əsas amillərdən biridir və hər bir gecikmə insan həyatı üçün ciddi risk yaradır. Strateji məqsəd bu funksional zəncirin fasiləsizliyini təmin etməkdir.
Koordinasiya Mərkəzi eyni zamanda donor ailələri ilə həssas və peşəkar ünsiyyətin qurulması, həmçinin cəmiyyətdə orqan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində mühüm missiyanı həyata keçirir.
Məhz bu operativ və fasiləsiz fəaliyyət göstərən sistemin nəticəsində uğurlu transplantasiya əməliyyatları icra olunur və meyit donorlardan götürülən orqanlar təxirəsalınmaz şəkildə ehtiyacı olan xəstələrə köçürülür. Bu koordinasiyanın yaratdığı imkanlar sayəsində bir çox pasiyentə ikinci həyat şansı verilir və onlar yenidən sağlamlıqlarına qovuşurlar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654