Yeni orqan, yeni həyat, yeni ümid
04 İyul 2026
576
Transplantasiya əməliyyatından sonrakı ilk sabah yeni bir başlanğıcdır. Əməliyyatdan sonra bədən sanki yenidən canlanır və yavaş-yavaş özünü bərpa etməyə başlayır. Bu dövrdən başlayaraq pasiyentlər üçün hər gün fərqli bir məna daşıyır. Onlar tədricən gündəlik həyata qayıdır, işlərinə davam edir və xəstəlikdən əvvəlki sosial mühitlərinə yenidən qoşulurlar.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin maaarifləndirici sosial media paylaşımını izləyiciləri ilə bölüşür.
Müntəzəm həkim nəzarəti və dərman qəbulu yeni orqanı qorumaq üçün zəruri bir qaydadır. İkinci həyat şansının bir şərti də orqanizmi qorumaqdır.
Cəmiyyətdə belə bir yanlış təsəvvür var ki, transplantasiya keçirən insanlar aktiv həyat tərzinə qayıda bilmirlər. Əslində isə bu əməliyyatın əsas məqsədi insanın həyat keyfiyyətini artırmaq, onu yenidən ailəsinə və cəmiyyətə qazandırmaqdır. Əgər pasiyent əvvəllər səhhətinə görə işləyə, təhsil ala və ya ailə qura bilmirdisə, uğurlu əməliyyatdan sonra bütün bu arzularını gerçəkləşdirə bilər.
Reabilitasiya prosesi təkcə fiziki deyil, həm də mənəvi uyğunlaşma dövrüdür. Əməliyyatdan sonra bir çox insanın həyata baxışı kökündən dəyişir. Onlar zamanın qədrini daha yaxşı bilir, öz potensiallarını kəşf edir və həyatlarını daha mənalı yaşamağa çalışırlar.
Azərbaycanda meyit donordan ilk orqan köçürülməsi 2025-ci ildə baş tutub. Bu həyat hədiyyəsi sayəsində onlarla insan sağlamlığına qovuşub. İkinci ömrünü yaşayan bu insanlar çətin sınaqdan qalib ayrılmağın verdiyi əzmlə təhsil alır, işləyir, həyata yeni enerji ilə bağlanırlar. Onlar həyatın hər anının dəyərini daha dərindən anlayır, donorun ruhuna sonsuz ehtiram bəsləyir və çox vaxt özləri də orqanlarını bağışlamaq qərarı verirlər. Donorun həyatını davam etdirmək onlarda əlavə bir məsuliyyət hissi yaradır. Bu hiss onları cəmiyyət üçün daha aktiv, daha xeyirxah işlər görməyə sövq edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654