Qurd xəstəlikləri və ya helmintozlar insan orqanizmində müxtəlif növ parazit qurdların yaşaması və çoxalması nəticəsində yaranan yoluxucu-parazitar xəstəliklərdir.
Azmedinfo.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumatına istinadən yazır ki, bu xəstəliklər həm uşaqlarda, həm də böyüklərdə rast gəlinə bilər və vaxtında aşkarlanmadıqda sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər.
Helmintozlar parazitin növündən asılı olaraq müxtəlif əlamətlərlə özünü göstərir. Ən çox rast gəlinən simptomlara qarın ağrısı, iştaha dəyişiklikləri, ürəkbulanma, yorğunluq, halsızlıq, çəki itkisi, ishal və ya qəbizlik, anal nahiyədə qaşınma, eləcə də bəzi hallarda allergik səpgilər daxildir. Bəzi insanlarda xəstəlik uzun müddət heç bir əlamət vermədən də inkişaf edə bilər.
Qurd xəstəliklərindən qorunmağın ən təsirli yolu şəxsi gigiyena qaydalarına ciddi riayət etməkdir. Əllərin yeməkdən əvvəl, tualetdən sonra və çöldən evə gəldikdə sabun və axar su ilə yaxşı yuyulması parazit yumurtalarının orqanizmə daxil olmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Bundan əlavə, meyvə və tərəvəzlərin yaxşı yuyulması, ət və balıq məhsullarının tam bişirilməsi, təmiz içməli sudan istifadə edilməsi də yoluxma riskini azaldır.
Qurd xəstəliyindən şübhələnildikdə özbaşına dərman qəbul etmək düzgün deyil. Diaqnoz yalnız həkim müayinəsi və laborator analizlər əsasında qoyulmalı, müalicə isə həkim təyinatına uyğun aparılmalıdır. Vaxtında diaqnostika və düzgün müalicə ilə helmintozlardan tam sağalmaq mümkündür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654