Piylənmə və tip 2 diabetin müalicəsi üçün hazırlanan "Elecoglon" adlı yeni tablet kimi qəbul edilən dərman II faza klinik tədqiqatlarda müsbət nəticələr göstərib.
Azmedinfo.az xəbər verir ki, endokrinoloq Fərhad Burduzunun sözlərinə görə, dərmanın üstünlüklərindən biri onun qəbulunda qida və ya su ilə bağlı xüsusi məhdudiyyətlərin olmamasıdır.
Həkim qeyd edib ki, araşdırmada artıq çəkili və ya piylənməsi olan iştirakçılar arasında 26 həftə ərzində 10,5%-ə, 36 həftənin sonunda isə 11,8%-ə qədər çəki azalması müşahidə edilib. Tip 2 diabetli xəstələrdə isə HbA1c göstəricisi 1,88%-ə qədər azalıb, eyni zamanda aclıq qan şəkəri və bədən çəkisində də yaxşılaşma qeydə alınıb. Bundan əlavə, bəzi iştirakçılarda qan təzyiqi və iltihabla əlaqəli göstəricilərdə də azalma müşahidə olunub.
Ekspert müalicə zamanı ən çox rast gəlinən yan təsirlərin ürəkbulanma, qəbizlik, ishal və qusma olsa da, bu əlamətlərin əsasən yüngül olduğunu və daha çox müalicənin ilk dövrlərində, doza artırılarkən ortaya çıxdfığını deyib.
"Alimlər əldə olunan nəticələri ümidverici hesab etsələr də, preparat hələ araşdırma mərhələsindədir və onun effektivliyi ilə təhlükəsizliyini daha dəqiq qiymətləndirmək üçün III faza klinik tədqiqatlar davam etdirilir", -deyə həkim vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654